hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

ABŞ-da gecə klubunda atışma: ölənlər və yaralananlar var

ABŞ-da gecə klubunda atışma: ölənlər və yaralananlar var

ABŞ-ın Lankaster dairəsində (Cənubi Karolina ştatı) naməlum şəxslər gecə klubunda odlu silahdan atəş açıblar.

Fox News telekanalının yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hadisə Old Skool Sports Bar & Grill gecə klubunda baş verib. “İki nəfər həyatını itirib, daha çox sayda insan ciddi yara alıb”, - deyə dairənin şerifi Barri Feil bildirib.

Telekanal qeyd edir ki, söhbət azı səkkiz yaralıdan gedir. Hələlik dəqiq rəqəmlər məlum deyil.

Yaralılar xəstəxanaya yerləşdirilib. Polis təhqiqata başlayıb, atəş açanlar axtarılır.

Cebhe.info


Oxunma sayı: 6414