hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

ABŞ-da kimya zavodu yanır - VİDEO

ABŞ-da kimya zavodu yanır - VİDEO

ABŞ-ın İllinoys Rokton şəhərindəki “Chemtool” kimya zavodunda yanğın başlayıb. Xilasetmə idarəsi zavoddan bir mil radiusda yerləşən bütün sakinlərin və müəssisələrin boşaldılmasına göstəriş verib.

Cebhe.info xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında deyilir.

Səbəbi hələ müəyyənləşdirilməyən yanğın yerli vaxtla bazar ertəsi səhər saatlarında başlayıb. Yanğının su ilə söndürülməməsinə qərar verildiyindən o, hələ də davam edir.

Rokton Yanğınsöndürmə İdarəsinin rəisi Kirk Uilson bildirib ki, sudan istifadə Missisipi çayının qolu olan Rok çayına təhlükəli maddələrin axınına yol aça bilər, bu səbəbdən su ilə söndürmə təhlükəlidir.

Yerli rəsmilər kükürd turşusu, azot və qurğuşun kimi kimyəvi maddələrin yayılma riskindən narahat olduqlarını dilə gətiriblər. Uinnebaygo dairəsinin səhiyyə departamentinin inzibatçısı Sandra Martell insanları çöldə maska ​​taxmağa çağırıb.

Cebhe.info


Oxunma sayı: 496