hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

ABŞ-da polis zabiti silsilə qətllər törədib

ABŞ-da polis zabiti silsilə qətllər törədib

ABŞ-da 50 təcavüz və 120 soyğunçuluq əməlində günahlandırılan qatil Cizef Ceyms DeAncelo 13 insanı qətlə yetirdiyini etiraf edib.

Cebhe. info xəbər verir ki, ABŞ-da "Qızıl Dövlət Cinayətkarı" adlandırılan 74 yaşlı eks-zabit DeAncelo 40 illik istintaqdan sonra iki il əvvəl tutulub və 13 cinayət törətdiyini etiraf edib.

50-dən çox təcavüz və 120-dən çox soyğunçuluq hadisəsində məsuliyyət daşıyan DeAncelonun ölüm hökmünə məhkum edilməməsi üçün prokurorluqla razılığa gəldiyi və bütün ittihamları qəbul etdiyi deyilir.

DeAncelonun 1970-80-ci illərdə törətdiyi cinayətlərə görə avqust ayında ömürlük həbs cəzası alacağı gözlənilir.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 1123