hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib

ABŞ-da prezidentliyə namizədi yarasa dişləyib.

APA-nın məlumatına görə, bu barədə Libertarian Partiyasının prezidentliyə namizədi Co Corqensen “Twitter”də paylaşım edib.

C. Corqensen yazıb ki, bu səbəbdən Missisipidə seçkiqabağı kampaniya çərçivəsində ilk mitinqini keçirə bilməyib. Çünki yarasanın dişləməsi ilə əlaqədar quduzluğa qarşı dərman vurdurmalı olub.

C. Corqensen yarasanın onu hansı şəraitdə dişlədiyinə aydınlıq gətirməyib.

Qeyd edək ki, Libertarian Partiyası de-fakto ABŞ-da prezident seçkilərində qələbəyə iddialı deyil, çünki demək olar ki, bütün seçicilər Demokrat və Respublikaçılar partiyaları arasında bölünüb. Bununla belə, sosioloji sorğular C. Corqensenin 2 faiz səs ala biləcəyini göstərir.

Cebhe.info


Oxunma sayı: 2036

Bizim Telegram səhifəmizi izləyin