hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ-da "Qarabağ Azərbaycandır!" reklam lövhəsi quraşdırılıb

ABŞ-da "Qarabağ Azərbaycandır!" reklam lövhəsi quraşdırılıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika-Azərbaycan Musiqi Fondunun təşəbbüsü ilə ABŞ-ın Texas ştatının Dallas şəhərinin mərkəzində "Qarabağ Azərbaycandır!" şüarının yazıldığı reklam lövhəsi quraşdırılıb.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Şüar Qarabağ atlarının təsviri fonunda əks olunub. Lövhədə həmçinin, BMT-nin 822, 853, 874, 884-cü qətnamələri də xatırladılıb.

"Qarabağ Azərbaycandır!" reklamı 1 ay ərzində nümayiş etdiriləcək.

Qeyd edək ki, xaricdə yaşayan soydaşlarımız və Azərbaycan Diaspor Könüllüləri Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı söylədiyi "Qarabağ Azərbaycandır!" tarixi ifadəsini bütün dünyada təbliğ edir və sosial media şəbəkələrində həştəqlərlə paylaşırlar. O zamandan "Qarabağ Azərbaycandır!" şüarı xaricdə keçirilən bütün tədbirlərin, nümayişlərin və mitinqlərin əsas leytmotivinə çevrilib.

İndiyədək Çexiyanın Praqa, Ukraynanın Kiyev, Böyük Britaniyanın London, ABŞ-ın Nyu-York, Boston və Hyuston şəhərlərindəki müxtəlif məkanların və körpülərin üzərində "Qarabağ Azərbaycandır!" bannerləri nümayiş etdirilib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 969

Bizim Telegram səhifəmizi izləyin