hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ-da seçki yarışı davam edir

ABŞ-da seçki yarışı davam edir

ABŞ lideri Donald Tramp Minnesota ştatında keçirdiyi seçkiqabağı mitinqdə özünü "amerikalıları xaosdan qoruyan müdafiə divarı" adlandırıb.

Bu ifadə isə Trampın rəqibi Co Baydenin xoşuna gəlməyib. Bayden isə öz növbəsində həmin mitinqdə Trampı ABŞ-da koronavirusdan ölüm sayının çox olmasına görə ittiham edib.

Cebhe.info xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.

Məlumata görə, Minnesota ştatının sakinləri ənənəvi olaraq demokratların tərəfindədir və buna görə də Bayden çox arxayındır. Bu səbəbdən də Tramp çalışır ki, adıçəkilən ştatda daha çox etibar qazansın və bunun üçün çöx fəallıq göstərir.

"Demokratlar məni Rusiya Prezidenti ilə əlaqələrimin yaxşı olmasına görə ittiham edir, məgər bu pisdir? Guya ki, mən məxfi məlumatları bütün dünyaya yaymışam. Demişəm ki, ABŞ-ın super hipersəsli raketləri var. Bunu deməyin pis bir tərəfi yoxdur", - deyə Tramp bəyan edib.

Qeyd edək ki, Tramp və Baydenin növbəti görüşü sentyabrın 29-da olacaq.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 815

Bizim Telegram səhifəmizi izləyin