hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

ABŞ-da vergi yükü artırıla bilər - İqtisadiyyatı bərpa etmək üçün

ABŞ-da vergi yükü artırıla bilər - İqtisadiyyatı bərpa etmək üçün

Koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpa olunması planlarının maliyyələşdirilməsi üçün korporativ sahə başda olmaqla vergitutmanın gücləndirilməsinə ehtiyac yarana bilər.

ABŞ-ın maliyyə naziri xanım Canet Yellen “The New York Times” qəzetinə müsahibəsində Prezident Co Baydenin mənfəət vergisini 21 faizdən 28 faizə qaldırmaq barədə bəyanatına toxunaraq fiziki şəxslərdən tutulan vergilərin dərəcələrinin artırılmasının əleyhinə olduğunu qeyd edib:

“Sərvət vergisinin tətbiqi ilə bağlı məsələ müzakirə olunub, ancaq Prezident C.Bayden bu planları dəstəkləmir”.

Nazir vurğulayıb ki, illik gəliri 400 min dollardan az olan şəxslərdən belə bir vergi tutulmayacaq.

C.Yellen maliyyə tranzaksiyalarına vergi tətbiq olunub-olunmayacağı ilə bağlı suala isə ehtiyatla yanaşaraq deyib: “Belə bir qərarın verilməsinin mümkün nəticələrini əvvəlcədən diqqətlə təhlil etmək zəruridir”(azərtac).

Cebhe.info


Oxunma sayı: 1343