hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

ABŞ-da yaşayan azərbaycanlı qadının qızı Bakıda qaçırılıb?

ABŞ-da yaşayan azərbaycanlı qadının qızı Bakıda qaçırılıb?

ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində daimi əsaslarla yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizova övladının Bakıda qaçırıldığını iddia edib.

Cebhe.info xəbər verir ki, iddia ilə bağlı Xəzər Rayon Polis İdarəsi onunla əlaqə saxlayıb və məsələyə baxacaqlarını deyib. Lakin L.Əzizova bildirib ki, hər gün polis idarəsinə gedir, amma qızına hələ də qovuşa bilməyib:

"20 may 2021-ci ildə Xəzər Rayon Polis İdarəsi tərəfindən qızım Əzizova Qloriya Üzeyir qızı Şirəliyev Müşviq tərəfindən qanunsuz övladlığa götürməsi ilə bağlı cinayət işinin başlanması barədə qərar qəbul edilmişdi. Lakin indiyənə qədər nə qızımı mənə qaytarıblar, nə qızımın üzünü görmüşəm, nə də sağlamlığından xəbərim var. Uşağın sağlamlığının müəyyən edilməsi ilə bağlı tibbi ekspertizanın keçirilməsini istədim. Xəzər rayon məhkməsinin qərarının olmasına baxmayaraq, hələ də qərar icra edilmir. Xəzər Rayon Polis İdarəsi heç bir addım atmır. Qərarın icra edilməsinə göz yumulur. Hər gün polis idarəsinə gedirəm, amma bir söz deyilmir".

Hətta gənc qadın övladını ala bilmədiyi üçün intihara əl atıb. Lakin o, ətrafdakı insanların köməyi ilə xilas edilib.

Qeyd edək ki, Lətafət Əzizova azərbaycanlı şəxslə nikaha daxil olduqdan sonra Amerikaya köçüb. 2018-ci ilin iyunun 9-da onların Qloriya adlı qızları dünyaya gəlib. Qadın bir ildən sonra qızı ilə birlikdə Azərbaycana qayıdıb. Amerikada işləyən Lətafət qızına baxa bilmədiyi üçün Bakıda tanıdığım ailənin yanına qoyub. Əzizova Amerikada işlərini yoluna qoyduqdan sonra gəlib qızımı götürəcəkmiş:

"Qızımı müvəqqəti saxlamaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsində daimi qeydiyyatda olan, lakin hazırda Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, ev 92 A ünvanında yaşayan tanıdığım və çox etibar etdiyim Şirəliyev Müşviq İnqilab oğluna vermişəm. Hər ay da onlara pul göndərirdim ki, uşağın ehtiyacları ödənsin. Bir müddət sonra uşağımı götürməyə gəldim. Amma övladımı mənə vermirlər. Artıq dözülməz bir vəziyyətdəyəm və özümə qəsd etmək istəyirəm. Hansı zamanda yaşayırıq ki, öz doğma uşağını başqa şəxs özününküləşdirsin? Müşviq Şirəliyevi mənim övladıma bağlayacaq hər hansı nə hüquqi əsas var, nə də buna onun ixtiyarı çatır".

Lətafət Əzizova aidiyyatı qurumların övladının ona təhvil verəcəyinə ümid edir.

Cebhe.info


Oxunma sayı: 2399