ABŞ-da yoluxma azalır

ABŞ-da son sutkada 156 007 nəfərə koronavirus infeksiyası diaqnozu qoyulub. Daha əvvəl isə bu rəqəm 138 mindən çox olub.
Ölkədə COVID-19-un ümumilikdə 13.545.793 hadisəsi qeydə alınıb.
Cebhe.info xəbər verir ki, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.
Ümumilikdə, pandemiya zamanı ölkədə təsdiqlənmiş koronavirus xəstəsi olan 268.103 nəfər ölüb.
ABŞ-ın baş infeksionisti Antoni Fauci ölkədə risk qrupuna aid olan şəxslərin dekabr ayının sonuna qədər koronavirusa qarşı peyvənd edilə biləcəklərini söyləmişdi.
Alçina Amilqızı
Cebhe.info
Oxunma sayı: 1167
Bizim Telegram səhifəmizi izləyin