hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

ABŞ-dan Avropaya xatırlatma: Yenə Rusiya təhdidi

ABŞ-dan Avropaya xatırlatma: Yenə Rusiya təhdidi

ABŞ Avropa Birliyi ilə ümumi təhdidlərə, o cümlədən Rusiyaya qarşı əməkdaşlığı davam etdirmək istəyir. 

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bildirib. Onun şərhi Dövlət Departamentinin saytında yer alıb.

Şərh Avropa Birliyinin yeni rəhbərliyinə ünvanlanıb: 

"ABŞ yeni komanda ilə əməkdaşlığı səbirsizliklə gözləyir. Bu, bizim ümumi məqsədimiz üçündür. Bura ticarət əlaqələrinin gücləndirilməsi, Avropanın energetika sisteminin müstəqilliyi, təhdidlərə qarşı birgə mübarizə, demokratik dəyərlərə xidmət daxildir".

Şərhdə İran, Rusiya və Çin Kommunist Partiyasının adı çəkilir.

Xatırladaq ki, 29 noyabrda Britaniya qərb xüsusi xidmət orqanlarının Rusiyaya qarşı səylərini gücləndirməsini təklif edib. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1244