hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

ABŞ əlavə 200 milyon doza "Pfizer" alır

ABŞ əlavə 200 milyon doza "Pfizer" alır

Birləşmiş Ştatlar gələcək ehtiyacları qarşılamaq üçün Pfizer-BioNTech-in COVID-19 vaksininin 200 milyon dozasını aldığını bildirir. Buna gücləndirici üçüncü dozalar, habelə istifadəsi təsdiq olunsa, 12 yaşından aşağı uşaqlar üçün dozalar daxildir. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, vaksin dozaları bu ilin payız ayları ilə gələn ilin yaz ayları arasında çatdırılacaq. O deyib ki, Bayden administrasiyası “hər hansı bir fövqəladə hala hazırlaşacaq.”

ABŞ-ın Ərzaq və Qida Administrasiyası, hələ ki, 12 yaşdan aşağı uşaqlar üçün COVID-19 vaksinini təsdiq etməyib, ancaq ərzaq istehsalçıları artıq vaksinlərinin həmin yaş qrupu üçün effektivliyi və təhlükəsizliyini test edirlər. Səhiyyə rəsmiləri gücləndirici doza ehtimalını müzakirə etməyə başlayıblar, amma hələ ki, tam vaksin olunan insanların onlara ehtiyaclarının olmadığını deyirlər.

Avropada dərman tənzimləyiciləri cümə günü Moderna vaksininin 12-17 yaşlı uşaqlar üçün təsdiqini tövsiyyə edib. Avropa Dərman Agentliyi artıq yeniyetmələr üçün Pfizer-BioNTech vaksininin istifadəsini təsdiqləyib. Bu təsdiq Avropa Komissiyası və idvidual ölkələrin də vaksinlərin yeniyetmlərlə tətbiq edilməsinə gətirib çıxara bilər.

Cebhe.info


Oxunma sayı: 540