hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ əsas rəqiblərini elan etdi: Siyahıda hansı ölkələr var?

ABŞ əsas rəqiblərini elan etdi: Siyahıda hansı ölkələr var?

Pentaqon hazırda ABŞ-a qarşı əsas təhdidlərin Rusiya və Çindən gəldiyi fikrindədir.

Cebhe.info-nun məlumatına görə, ABŞ-ın Müdafiə naziri Mark Esper belə deyib.

“Müdafiə Nazirliyi Çini, daha sonra Rusiyanı əsas strateji rəqiblərimiz olaraq müəyyən edib”, - Esper “Rand” Korporasiyasının Amerika Mərkəzindəki çıxışında bəyan edib.

Eyni zamanda o, Moskvanı beynəlxalq sərhədlərə yenidən baxmaqda və beynəlxalq hüquq normalarına hörmətsizlik etməkdə, Gürcüstana müdaxilədə, Krımın ilhaqında və Ukrayna davamlı təcavüzdə günahlandırıb. Pentaqon rəhbəri bildirib ki, həm Rusiya Federasiyası, həm də ÇXR kosmik sektor, kiberməkan da daxil olmaqla silahlı qüvvələrin modernləşdirilməsi, genişləndirilməsi ilə məşğuldur.

Esperin sözlərinə görə, ABŞ-ın son 20 ildə ekstremistlərlə aşağı intensivlikli qarşıdurmalarda mübarizə aparması Vaşinqtonun diqqətini daha güclü rəqiblərdən yayındırıb.

Bununla yanaşı, Mark Esper qeyd edib ki, 2018-ci ildə Pentaqon böyük güclərin rəqabəti dövrünün başlandığını bildirən milli təhlükəsizlik strategiyası hazırlayıb. Bu səbəbdən ABŞ-ın mövcud problemlərə cavab verməsi və kompleks təhlükəsizlik mühitinə uyğunlaşması lazımdır.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 540