hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

ABŞ-ı kokaində boğmaq planı: TƏFƏRRÜAT

ABŞ-ı kokaində boğmaq planı: TƏFƏRRÜAT

Venesuelanın sabiq prezidenti Uqo Çaves ABŞ-ı kokaində boğmaq istəyib. 

Cebhe.info xəbər verir ki, onun bu barədə planını ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi açıb.

Məlumatda bildirilir ki, Karakas 2005-ci ildə ABŞ-a mübarizə planı hazırlayıb. Həmin planın icrasına "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri"ni də cəlb etmək nəzərdə tutulub. ABŞ və Avropa Birliyi bu radikal qrupu terrorçu təşkilatı hesab edir.

Venesuela hakimiyyəti narkotikin ABŞ-a daşınması üçün dəniz və quru yolu da müəyyən edib. Planın müəlliflərindən biri Uqo Karvaxal olub. Onu ABŞ-ın sorğusu əsasında bu ilin yazında İspaniyada saxlayıblar. Karvaxal narkotik ticarətində ittiham olunur. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 639