t ABŞ-ı silkələyən 3 sual: Trampın milyardlıq qorxusu və demokratların kabusu – HAMI GÖZLƏYİR
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

ABŞ-ı silkələyən 3 sual: Trampın milyardlıq qorxusu və demokratların kabusu – HAMI GÖZLƏYİR

ABŞ-ı silkələyən 3 sual: Trampın milyardlıq qorxusu və demokratların kabusu – HAMI GÖZLƏYİR

Tramp, impiçment, İran- bugünlərdə ABŞ-da əsas müzakirə mövzusu bunlardır.

Xüsusilə demokratlar bu il ilk qurultaylarında hər 3 mövzu ətrafında müzakirələr aparacaq. 

Məlumat üçün bildirək ki, praymeriz partiyadaxili seçimdir. Orada iştirak imkanı əldə etmək üçün isə prezidenliyə namizəd olmaq istəyən bu siyasətçi mütləq dəstəyini almağa hazırlaşdığı partiyanın qeydiyyata alınmış üzvü olmalıdır. Və bundan da başqa bu namizəd xüsusi «testdən» keçməlidir. Bu «test» onun seçkilərdə iştirak edə bilmək potensialının olub-olmamasını təsdiq etməlidir. Ayrı-ayrı ştatlarda müxtəlif «testlər» tətbiq olunur. Məsələn, Nyu-Hempşir ştatında bu «testdən» keçən üçün ştatın yerli büdcəsinə xüsusi bir vergi – 1000 dollar həcmində vəsait ödəmək kifayətdir. Digər ştatlarda isə namizəddən müəyyən sayda ona dəstək verən öz partiyadaşlarının imzasını təqdim etmək də tələb olunur. Məsələn, Tennessi ştatında bunun üçün 25 imza toplamaq kifayət edir. Men ştatında isə namizəd 2000 nəfərin imzasını təqdim etməlidir. Özü də ki, bu imza qoyanların hamısı daima ştatın hansısa bir şəhərində və yaxud da ki, qraflığında yaşayan bu və ya digər partiyanın qeydiyyatda olan üzvləri olmalıdırlar.

Nyu-York ştatında isə ən azı 15 min imza toplanmalı və yaxud da ki, partiyanın qeydiyyata alınmış üzvlərinin ən azı 5%-nin dəstəyini qazanmaq lazımdır. Namizədə dəstək vermək istəyən bu partiya üzvlərinin ən azı 5%-i ştatın seçki dairələrinin yarısında yaşamalıdırlar.

Trampa ən ciddi rəqib

Cebhe.info xəbər verir ki, Co Bayden Donald Trampa ən ciddi rəqibdir. O, iranlı general Qasım Süleymaninin öldürülmə səbəbi ilə bağlı Av Evin əsaslandırmasına inanmadığını dəfələrlə bəyan edib. Ağ Ev Süleymanini silsilə hücumlar hazırlamaqda ittiham edir.

Bayden hesab edir ki, Tramp açıq şəkildə yalan danışır. 

Ayova ştatında praymerizə artıq 3 həftədən də az müddət qalıb. Co Baydenin mövqeləri möhkəmdir. O, sabiq vitse-prezident kimi siyasətə daha dərindən bələddir və İranı da rəqibindən az bilmir. Hətta daha çox bilir.

"Biz yaxın Şərqdəki təsirimizi və müttəfiqlərimizi itirmişik. Gələcək prezident bunu bərpa etməli və İranı sazişə qayıtmağa vadar etməlidir. Buna əvvəl imtina etdiymiz təzyiq vasitəsilə nail olacağımızı düşünürəm", - deyə Bayden deyib.

Senator olduğu dönəmdə Bayden İraqa qoşun göndəriməsinə səs verib. Onun rəqibi, indi özünü sosialist adlandıran Berni Sanders Əfqanıstanda müharibəyə səs verənlərdən olub. Zaman keçib, onlar özlərinə bunu bağışlayıblar, ancaq tarix unutmur.

1 milyardlıq qələbə...

"Co Baydenlə  mən o zaman Corc Buş və müdafiə nazirinin sözlərinə qulaq asır və yalan danışdıqlarını düşünürdük. Mən onların məqsədinə inanmırdım. Hər şeyi başa düşdüyüm andan etibarən də ona qarşı çıxdım", - deyə Berni Sanders bildirib. 

Hazırda seçkiqabağı toplanan vəsaitə görə Sanders öndədir. O, seçki üçün 95 milyon dollar toplayıb. Ancaq demokratların heç bir namizədi Nyu-Yorkun sabiq meri Maykl Blumberqlə bu sahədə yarışa bilməz. "Mən yeganə namizədəm ki, vətəndaşlardan bir sent də almamışam", - deyə sabiq mer bildirib. Milyarder hər şeyi öz pulu ilə edəcək. Təkcə bir ay ərzində siyasi reklamlara 150 milyon dollarını qurban verib. Üstəlik də milyardlıq vəd edib. Bildirib ki, Trampla başa çıxacaq istənilən demokrat üçün milyard dollar xəcləməyə hazırdır, hətta özü seçkidə irəli olmasa belə, bu vəsaiti verəcək. 

Trampı qəzəbləndirən Balaca Mayk

"Balaca Mayk" - Tramp onu belə adlandırır, onlar həmyerlidirlər və bir-birlərinə münasibətləri nəinki xoş deyil, hətta rəqibdən daha irəlidir. 

Artıq Konqresin Aşağı Palatasında impiçment prosesində ittiham tərəfi kimi çıxş edəcək menecerlərin seçimi başlayır. Demokratlar prosesə ciddi hazırlaşırlar. Məsələn, onlar dinləmələr zamanı “Ritz Carlton" hotelinin loqotipi olan kağızlar yapışdıracaq, Zelenskinin adını dəfələrlə xatırladacaq, Trampı videoçarxlarla trollayacaqlar. 

O ki qaldı praymerizə, demokrat seçicilər üçün namizədlərin şəxsi keyfiyyətləri o qədər də maraqlı deyil. Əsas odur ki, Trampın öhdəsindən gəlsin. Məsələ məhz budur. Bayden Klinton kimi amerikalılardan çox səs toplaya bilir, ancaq Amerikanın çətin seçki sistemi Trampı qalib çıxarar. Demokratların kabusu budur...

Xəzər
Cebhe.info


Oxunma sayı: 2949