hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

ABŞ ilə Çin sazişə yaxınlaşır

ABŞ ilə Çin sazişə yaxınlaşır

ABŞ ilə Çin, Hongkong və Sincan sərtləşmiş bəyanatlara rəğmən ticarət sazişinin birinci mərhələsinin imzalamağa yaxınlaşır.

Cebhe.info xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən etibarlı mənbə deyib.

Mənbənin sözlərinə görə, ABŞ ilə Çin, Hongkong və Sincan bölgələri ilə bağlı gərginliyi artmasına baxmayaraq, ticarət razılaşmasının ilk mərhələsində geri çəkiləcək tariflərin miqdarı ilə bağlı razılığa yaxındırlar.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın razılaşmanın təcili olmadığını ima edən açıqlaması danışıqların iflasa uğradığı anlamına gəlmir. Mənbə Prezidentin bu çıxışı hazırlıqsız etdiyini qeyd edir.

O da qeyd olunub ki, ABŞ-ın bir müddət əvvəl Hongkong və Sincan bölgəsində insan hüquqlarının pozduğuna görə, bəzi Çin səlahiyyətlilərinə qarşı sanksiyalar tətbiq etməsi də danışıqlara təsir etməyəcək.

ABŞ müşahidəçiləri Çinlə birinci dərəcəli müqavilənin Amerika tariflərinin qüvvəyə minəcəyi 15 dekabrdan əvvəl imzalanacağını gözlədiklərini söyləyiblər. Danışıqlarda önə çıxan məsələlər arasında Çinin ABŞ-dan kənd təsərrüfatı məhsullarının alınmasına necə zəmanət verəcəyi və hansı tariflərin geri çəkiləcəyi vurğulanır.

Tariflərin endirilməsi ilə bağlı suala ABŞ Ticarət Nümayəndəsi və Çin Ticarət Nazirliyi hələ cavab verməyib.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 826