hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9288
  • NEFT - 42.05
  • clouds-weather

ABŞ ilhaq məsələsi barədə qərar verəcək: Kritik görüş

ABŞ ilhaq məsələsi barədə qərar verəcək: Kritik görüş

İsrailin müdafiə naziri Benni Qantz, Fələstin ərazilərini ilhaq etmək planını müzakirə etmək üçün İsrailə gələn ABŞ Prezidenti Donald Trampın köməkçisi və beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Avi Berkovitzi qəbul edib.

Cebhe.info xəbər verir ki, ABŞ-ın İsraildəki səfiri Devid Fridmanın olduğu görüşdə, Təl-Əviv rəhbərliyinin 1 iyuldan etibarən işğal altındakı Qərbi Şəriyədə yer alan qanunsuz yəhudi yaşayış məntəqələri və İordaniya vadisini "ilhaq" planı müzakirə edilib.

Görüşdən sonra heç bir açıqlama verilməsə də, İsrail mətbuatı Qantzın Berkovitzə "ilhaq" planını həyata keçirmək üçün 1 iyul tarixinin şərt olmadığını, bunun daha gec bir tarixə təxirə salına biləcəyi barədə məlumat verdiyini yazıb.

Xəbərdə həmçinin bildirilib ki, Qantz İsrailin prioritetinin "ilhaq" planının əvəzinə koronavirusa qarşı mübarizə olduğunu söyləyib.

Berkovitzin günortadan sonra İsrailin Baş naziri Binyamin Netanyahu, sabah isə xarici işlər naziri Qabi Aşkenazi ilə "ilhaq" planını müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Tramp administrasiyasının əhəmiyyətli adları, keçən həftə 1 iyuldan etibarən İsrailin "ilhaq" planının həyata keçirilməsinə dəstək verilib-verilməyəcəyini müzakirə etmək üçün toplanmışdı. Müzakirə zamanı "yekun qərar" verilmədiyi üçün Berkovitz 26 iyunda İsrailə getmişdi.

Netanyahu iyulun 1-dən etibarən "ilhaq" planını həyata keçirmək istəyir, lakin koalisiya ortağı Qantz ilə bəzi fikir ayrılıqları var.

İddia olunur ki, Tramp administrasiyası Netanyahu və Qantzdan "ilhaq"ın həyata keçirilməsini dəstəkləmək planındakı fikir ayrılıqlarına son qoymağı tələb edib.

Xatırladaq ki, COVID-19 epidemiyasında ikinci dalğasının başladığı İsraildə 23 min 989 nəfər virusa yoluxub, 319 nəfər həyatını itirib.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 639