hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yaranıb

ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yaranıb

ABŞ-ın federal büdcədə may ayında 185,5 milyard dollar olan proqnozdan çox - 208 milyard dollar kəsir yaranıb.

Cebhe.info xəbər verir ki, bu günədək bir may ayında görülən ən böyük büdcə kəsiridir.

May ayında büdcə xərcləri 2018-ci ilin eyni ayındakı 364 milyard dollardan 440 milyard dollara yüksələrkən, gəlirlər isə 217 milyard dollardan 232 milyard dollara qalxıb.

1 oktyabr 2018-də başlayan maliyyə ilinin ilk 8 ayı üzrə büdcə kəsiri isə 739 milyard dollar olub. Keçən ilin eyni dövründə kəsir 532 milyard dollar idi.

Səyad Həsənli

Cebhe.info


Oxunma sayı: 914