hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

ABŞ-ın daha bir şəhərində mayın 28-i Respublika Günü elan olundu

ABŞ-ın daha bir şəhərində mayın 28-i Respublika Günü elan olundu

Florida ştatının Aventura şəhərinin meri Enid Veysman 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalanıb.

Mer Veysman Bəyannamədə Amerikada yaşayan Azərbaycanlıların Floridadada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələrini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolunu qeyd edib.

28 May tarixinin yalnız 1918-ci ildə əsası qoyulan Azərbaycan Demokratik Respublikasının yaradılmasının ildönümü olmadığı, eyni zamanda bunun ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib. Azərbaycan Respublikası ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı kimi qurucularının prinsiplərini rəhbər tutaraq inanclarını davam etdirir və başqalarını humanizm və demokratiyanın ümumi dəyərləri haqqında məlumatlandırır.

E.Veysman 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Aventura şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının töhfələrini birgə qeyd etməyə çağırış edib.

Cebhe.info


Oxunma sayı: 1882