hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

ABŞ-ın İraqdakı 5 hərbi bazası raket atəşinə tutuldu

ABŞ-ın İraqdakı 5 hərbi bazası raket atəşinə tutuldu

İraqın qərbindəki Anbar əyalətində yerləşən ABŞ-ın 5 hərbi bazası raket atəşinə tutulub.

Məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Anbarın Ayn-əl-Əsəd rayonundakı hərbi bazaların raket atəşinə tutulması nəticəsində itki və dağıntı olmayıb.

Məlumata görə, həmin hərbi hissələrdə terrorçu İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə 5 min ABŞ hərbçisi yerləşdirilir.

“Report” xatırladır ki, İŞİD 2014-cü ildə Mosul şəhəri də daxil olmaqla İraq ərazisinin üçdə birini ələ keçirmişdi. 2017-ci ilin dekabrında həmin ərazilərin böyük hissəsi bu terrorçu qruplaşmadan təmizlənib. Bununla belə, onların Kərkük, Diyala, Səlahəddin və Anbar əyalətləri ətrafına hücumlarının davam etdiyi bildirilir.

Cebhe.info


Oxunma sayı: 595