t ABŞ-ın Türkiyəyə vermədiyi qırıcılar: Rusiyanın qonşusuna satılır
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

ABŞ-ın Türkiyəyə vermədiyi qırıcılar: Rusiyanın qonşusuna satılır

ABŞ-ın Türkiyəyə vermədiyi qırıcılar: Rusiyanın qonşusuna satılır

Polşa yanvarın sonunadək ABŞ-dan "F-35" qırıcılarının alınmasına dair saziş imzalayacaq. 

Cebhe.info-nun məlumatına görə, Polşanın müdafiə naziri Mariuş Blaşak qeyd edilən açıqlama ilə çıxış edib. ABŞ Dövlət Departamenti Polşaya 32 ədəd "F-35" qırıcı təyyarəsinin satılması barədə sənədi bu yaxınlarda təsdiq edib. 

Yeni nəsil döyüş təyyarələrinin alınması üçün Polşa ABŞ-a 6,5 milyard dollar vəsait ödəməlidir. 

Xatırladaq ki, Polşanın müdafiə naziri "F-35"-lərlə bağlı iki ölkə arasında aparılan danışıqların 2020-ci ilin yanvar ayında yekunlaşcağını bildirmişdi. “Biz prinsipcə, danışıqları başa çatdırmışıq. Yalnız kiçik prosedur məsələlər qalıb. Mən əminəm ki, biz yanvar ayında Birləşmiş Ştatlardan 32 ədəd "F-35" təyyarəsinin alınmasına dair saziş imzalayacağıq”, - Blaşak belə deyib. O, sözügedən qırıcıları dünyada ən müasir təyyarə adlandırıb. 

Müşfiq Abdulla 
Cebhe.info


Oxunma sayı: 903