hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

ABŞ-ın üzərinə sirr pərdəsi çəkdiyi bölgədə nələr var? - FOTOLAR

ABŞ-ın üzərinə sirr pərdəsi çəkdiyi bölgədə nələr var? - FOTOLAR

ABŞ-da “51-ci bölgə”nin sirri zaman-zaman dünya mətbuatının gündəminə gəlir.

Cebhe.info xarici mətbuata istinadən bu bölgə haqqında məlumatları xatırladır. “51-ci bölgə” onilliklər boyu dünyanın ən maraqlı və sirri açılmamış bölgəsi hesab olunur. Yeni görüntüləri yayımlanan bölgədə hansı obyektin yerləşməsi haqqında dəqiq məlumatlar yoxdur. Yalnız bəzi iddialar var. Kənardan, burada bazanın olduğu görünür. 

İddialara görə, Birləşmiş Ştatlar bölgədə yadplanetlilərlə bağlı araşdırmalar və xüsusi ekspermentlər aparır. 

Bölgəni kimlikləri məlum olmayan və uniformalarının üzərində hansısa lisenziya nömrəsi olmayan silahlı təhlükəsizlik işçiləri qoruyur. Bazaya kiminsə yaxınlaşmasına icazə verilmir, bu baş verdiyi halda şəxsi heyətə atəş açmaq üçün icazənin verildiyi bildirilir.

İddia edilir ki, 1947-ci ildə UNO texnologiyalarının Rosvellə düşməsindən sonra bu texnologiyalar inkişaf etdirilir, lazerlə idarə olunan raketlər və infraqırmızı şüa kimi texnologiyalar istehsal edilir.

Gizli bölgə "Müstəqillik günü" və "X-Fayllar" filmlərində də yer alıb. Bölgə yadplanetlilərin saxlanma bazası kimi də xarakterizə olunur. Hətta bazaya yadplanetlilərin ev sahibliyi etməsi barədə də şayiələr var. İddiaların arsında bazada “soyuq müharibə” illərində gizli əməliyyatların keçirilməsi, sui-qəsd nəzəriyyəçiləri və ekstremistlərin saxlanması ilə bağlı məlumatlar da var.

Uzun illər ABŞ hökuməti belə bir bölgənin mövcud olduğunu inkar edib, yalnız 2013-cü ildə, yaradıldığından 66 il sonra bazanın varlığını təsdiq edib. 

ABŞ hökuməti “51-ci bölgə”də bazanın yerləşməsini qəbul etsə də, yadplanetlilər və onlarla bağlı eksperimentlərin aparılması ilə bağlı iddiaları kəskinliklə rədd edir. Mərkəzi Kəşfiyyat İdarəsi də “51-ci bölgə” ilə bağlı hesabatında yadplanetlilərlə bağlı məsələyə toxunmur, burada gizli cəsus təyyarəsinin hazırlandığını iddia edir.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 1398