hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ iqtisadiyyatı üçün yeni proqnoz: İşsizlik azalacaq, aktivlik artacaq

ABŞ iqtisadiyyatı üçün yeni proqnoz: İşsizlik azalacaq, aktivlik artacaq

Beynəlxalq Valyuta Fondu (BVF) ilin son aylarında iqtisadi proqnozlarında dəyişiklik edib.

Cebhe.info xəbər verir ki, BVF-nun ABŞ iqtisadiyyatının kiçilməsi ilə bağlı 2020-ci il proqnozusunu azaldaraq 4.3 faizə salıb.

Qeyd edək ki, BVF-nin iyun hesabatında ABŞ iqtisadiyyatının 8 faiz kiçiləcəyi proqnozlaşdırılırdı.

Hesabatda bildirilir ki, gözləntilərin yaxşılaşmasının əsas səbəbləri pandemiya ilə bağlı mədudlaşdırma tədbirlərinin tədricən azaldılması ilə əlaqədardır.

ABŞ iqtisadiyyatı ölkə tarixindəki ən uzun genişlənmə dövrünü başa vuraraq 2020-ci ilin II rübündə illik 9 , III rübdə isə 2.9 faiz kiçilib. ABŞ-da sentyabrda işsizlik avqusta nəzərən 0.5 faiz azalaraq 7.9 faizə enib ki, bu da həmin aya gözləntilərdən (8.2%) aşağıdır. İşsizlərin sayı 1 milyon azalaraq 12.6 milyona enib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 760

Bizim Telegram səhifəmizi izləyin