t ABŞ-İran hərbi əməliyyatı başlayır? - “Nüvə obyektləri və hərbi bazalar vurula bilər”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

ABŞ-İran hərbi əməliyyatı başlayır? - “Nüvə obyektləri və hərbi bazalar vurula bilər”

ABŞ-İran hərbi əməliyyatı başlayır? - “Nüvə obyektləri və hərbi bazalar vurula bilər”

3 yanvarda ABŞ tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin qisasının alınması məqsədilə İran İraqda yerləşən bazaya zərbə endirib. 

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qüvvələri İraqdakı ABŞ hərbi bazasına hücum edib. Pentaqonun məlumatına görə, bazaya 10-dan artıq raket göndərilib. Ağ Evdən olayla bağlı açıqlama yayılıb. Açıqlamaya görə, raket zərbələri barədə Pezident Donald Tramp məlumatladırılıb. Dərhal Milli Təhlükəsizilk Şurası toplaşıb. İclas Trampın rəhbərliyi ilə keçirilib. 

Qeyd edək ki, İran hücumda 80 amerikalı hərbçinin öldürüldüyünü bildirib.

Belə bir vəziyyətdə ABŞ-ın İrana cavabı nə olacaq? Hərbi əməliyyatlar başlaya bilərmi?

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında ABŞ-ın İranın hərbi obyektlərini vuracağını deyib:

“İndi qoşunların hansısa ölkəyə daxil olması dövrü deyil. İndi raket, təyyarə, pilotsuz uçuş aparatları daha aktiv şəkildə istifadə olunur. Düşünmürəm ki, ABŞ İrana qoşun yeridəcək. Amma ABŞ-ın kifayət qədər gücü var. Onun İran ətrafında hərbi bazaları çoxdur. Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, İraq kimi ölkələrdə ABŞ-ın hərbi bazaları mövcuddur. Ona görə də ABŞ tərəfindən İrana cavab verilsə, bu üsuldan, yüksək texnologiyalara malik texnikadan istifadə ediləcək. İranda kifayət qədər zərbələrə məruz qalan obyektlər var. İranda Atom Elektrik Stansiyası, çox sayda nüvə obyektləri və hərbi bazalar var ki, ABŞ onları vura bilər. Hesab edirəm ki, ABŞ bunu edəcək və vəziyyət daha da gərginləşər. Onsuz da Yaxın Şərqdə vəziyyət gərgindir, bölgə alov içindədir. İndi bu alovun ikinci fazası ABŞ-İran münasibətlərində müşahidə olunur. Şübhə etmirəm ki, ABŞ İrana qarşı cavab addımı atacaq”. 

Vilayət Muxtar 
Cebhe.info


Oxunma sayı: 8284