hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

ABŞ İranı təhdid etdi

ABŞ İranı təhdid etdi

ABŞ-ın dövlət katibi Maykl Pompeo sosial media hesabından İranı təhdid etməyə davam edib.

Cebhe.info xəbər verir ki, Maykl Pompeo İranla bağlı fikirlərini şəxsi “Twitter” hesabında yazıb:

“İran rejimi münasibətini kökündən dəyişdirməlidir və normal bir xalq kimi davranmalıdır. Əks halda İran iqtisadiyyatının çökməsini izləyəcək”.

Pompeo ABŞ-ın müdafiə qabiliyyətini artırmaq və İranın bölgədəki təcavüzünə qarşı ehtiyatlanmanı bərpa etməyə kömək etmək üçün Səudiyyə Ərəbistanına əlavə hərbi texnikanın göndəriləcəyini də açıqlayıb.

Məsələ ilə bağlı ABŞ Müdafiə Nazirliyi, ABŞ Mərkəzi Komandanlığının tələbi ilə Səudiyyə Ərəbistanına yeni əlavə güc və hərbi texnikanın göndərilməsinə icazə verildiyini və avadanlığın ən qısa müddətdə bölgəyə çatdırılacağını açıqlayıb.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 485