hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

ABŞ Kremlin üstünə gəlir: Rusiyanı nələr gözləyir? – EKSPERT

ABŞ Kremlin üstünə gəlir: Rusiyanı nələr gözləyir? – EKSPERT

ABŞ Konqresinin Nümayəndələr palatası ötə gün iyulun 11-də Rusiyaya qarşı “cəhənnəm” sanksiyalarını təsdiqləyib.

Bu sanksiyalara əsasən Rusiyanın suveren borcu üzrə əməliyyatların aparılmasına qadağa qoyulur. Sanksiyalar Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə cavabdır.

Əgər bu sanksiyalar reallaşarsa, Rusiyanı nələr gözləyirə

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ABŞ ilə Rusiya arasında maliyyə məsələsində qarşıdurma daha ciddidir:

“Əgər bu sanksiyalar reallaşarsa, o zaman Rusiyanın digər dövlətlərdən kredit alaraq əvvəlki borclarını ödəmə imkanı xeyli dərəcədə məhdudlaşacaq. Bu da Rusiyanın qiymətli kağızların bazar qiymətinə mənfi təsir göstərəcək həm də Rusiyanın daxili ehtiyatlarından daha çox istifadə etməyə məcbur edəcək. Fikrimcə, ABŞ-ın məqsədi və hədəfi elə bundan ibarətdir ki, Rusiyanı daxili ehtiyatlarından intensiv istifadə etdirsin”.

Eyni zamanda ekspert ölkələrin xarici borcun həcminə görə bir nəçə qrupa bölündüyünü də qeyd edib:

“Birinci qrupa 1 milyard dollar borcu olan ölkələr daxildir. İkinci qrupda əsasən 5 milyard dollara qədər borcu olan ölkələrdir. Bu gün xarici borcun çox olduğu olkələrin başında elə Amerika gəlir. Lakin ABŞ bu xarici borcu borc qiymətli kağızları şəklində toplayıb. ABŞ-ın borc qiymətli kağızları daha dayanıqlı və faiz gətirəndir. Nəticədə böyük investorlar və ölkələr ABŞ-a məmuniyyətlə borc verir”.

Azərbaycanın dövlət borcuna gəlincə Natiq Cəfərli bildirib ki, bu günədək dövlət xətti ilə götürülmüş kreditlərin həcmi 22-23 milyard dollardır:

“Bu da ümumdaxili məhsulun 60%-nə çatır. Dünya ölkələrinə baxanda o qədər də təhlükəli hədd olunmasa da, bu artımın sürətlə getdyini görürük. Burada “SOCAR” da böyük rol oynayır ki, onun da xeyli borcları var. Belə getsə, 2025-ci ildə borc həddi ümumdaxili məhsulun həcminə bərabər olacaq. Bu isə Azərbaycan üçün çox ciddi bir təhlükədir”.

Əli Bədirli
Cebhe.info


Oxunma sayı: 782