hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

ABŞ-la Avropa İttifaqı arasında razılaşma mümkündür

ABŞ-la Avropa İttifaqı arasında razılaşma mümkündür

ABŞ artıq Avropanı avtomatik olaraq müdafiə etməyəcək, buna görə Avropa İttifaqı təhlükəsizliyini təmin etmək üçün daha çox səy göstərməyə məcburdur.

Bunu Almaniya kansleri Angela Merkel 2020-ci il üçün federal büdcə ilə bağlı Bundestaqdakı müzakirələrdə deyib:

“Bu gün bu istiqamətdə Avropa tərəfindən daha əhəmiyyətli addımlar atılmalıdır. Avropa ABŞ-la dəyərlərlə bağlıdır. Lakin onun Avropanın müdafiəçisi rolunu oynayacağı ilə bağlı daha avtomatizm yoxdur".

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya bildirib ki, sabiq prezident Barak Obamanın dövründə Almaniya kansleri və digər rəsmi şəxsləri ABŞ-ın kəşfiyyat idarəsi dinləyirdi:

“Bütün danışıqların və görüşlərin gizlin dinləmələri aparılırdı. Bu məlum olandan sonra kanslerin reaksiyası çox sərt oldu. Hətta ABŞ rəsmiləri bunu məcburiyyət qarşısında qalmaqları ilə izah edirdilər ki, guya terrora qarşı effektiv addımlar atırlar. Amma bu heç də onlara bəraət qazandıra bilməzdi.Çünki onların öz müttəfiqlərini dinləməyə heç bir əsasları və icazələri yox idi. Angela Merkeli başa düşmək olar.

ABŞ bəzi hallarda Avropa İttifaqı ilə razılaşdırılmamış addımlar atır. Doğrudur, ABŞ-la Avropa İttifaqı və Almaniya arasında soyuqluq əmələ gəlib. Amma ümumi strateji istiqamətdə onların arasında qarşıdurma olmayacaq. Çünki onların strateji məqsədləri eynidir. Hesab edirəm ki, onlar bir-biri ilə dil tapa bilərlər”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 507