hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

ABŞ NATO müttəfiqi Türkiyəni “F-35” proqramından xaric etdi - RƏY

ABŞ NATO müttəfiqi Türkiyəni “F-35” proqramından xaric etdi - RƏY

"ABŞ Türkiyəni “F-35” proqramından rəsmən çıxardı. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq bununla son çatdığını qeyd edə bilərik".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının(MCP) sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O qeyd edib ki, ABŞ Türkiyənin regional müstəvidə apardığı müstəqil siyasəti və Rusiyadan aldığı "S-400 Triumf" havadan müdafiə raketlərinə görə "cəzalandırdı":

"Amma bu qərar Ankaranı daha da çevik siyasət aparmasına, yerli silahlarını inkişaf etdirməsinə gətirib çıxaracaq.

Vaşinqtonun bu qərarı hazırda Ankaranın strateji maraqlarına uyğundur. Çünki Türkiyə Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılım siyasəti aparır. Yeni bir regional dövlətləri ətrafında birləşdirməklə beynəlxalq müstəvidə aparıcı ölkə roluna nail olacaq. Bu prizmadan yanaşdıqda Azərbaycan-Türkiyə əlaqələri daha da inkişaf edərək, Ankaranın yanında yer alıb, yeni regional nizamda öz təhlükəsizliyini gücləndirəcək.

ABŞ bu sanksiyaları tətbiq etməklə, Türkiyə əvəzinə Yunanıstana üstünlük verəcək. Yunanıstan vasitəsilə regionda Türkiyə əleyhinə provokasiyaların şahidi olacağıq. Türkiyəni Rusiya ilə əməkdaşlığa görə bu proqramdan çıxarılması Vaşinqtonun regionda təsirinin zəifləməsinə gətirəcək.

ABŞ-ın yeni dizayn etdiyi strategiyasinda Türkiyə Yunanıstanal əvəz edilib. Yunanıstan regionda ABŞ-ın maraqlanarına uyğun siyasət yürüdə bilməyəcək. Türkiyə regionda olan ölkələrlə sıx əməkdaşlıq formatına keçməklə, ABŞ-ın onunla hesablaşmasına gətirib çıxara bilər".

Cebhe.info


Oxunma sayı: 870