hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

"ABŞ nüvə silahlarını misilsiz dərəcədə inkişaf etdirib" - Tramp

"ABŞ nüvə silahlarını misilsiz dərəcədə inkişaf etdirib" - Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin nüvə silahlarının misilsiz səviyyədə modernləşdirildiyini açıqlayıb.

BiG.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə o, Arizona ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Silahlı qüvvələrinin inkişafına 2,5 trilyon dollar sərmayə qoymuşuq. Dünyanın digər ölkələrinə nisbətən ən yaxşı texnikaya sahibik".

Onun sözlərinə əsasən, ABŞ-ın yeni raketləri, mərmi, gəmi və tankları, misilsiz "F-35" və yeni tankerləri var. Tramp Rusiya və Çinin ABŞ-a həsəd apardığını, heç kimin belə bir texnikaya sahib olmadığını vurğulayıb.

O, qeyd edib ki, ABŞ-ın hipersəsli raketləri analoqları ilə müqayisədə yeddi dəfə sürətlidir.

Cebhe.info


Oxunma sayı: 4148

Bizim Telegram səhifəmizi izləyin