ABŞ səfirliyi bəyanat yaydı: "Gürcüstan demokratiya yolunda geriyə addım atdı"

“Gürcüstan müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Meliyanı həbs etməklə demokratiyadan geriyə addım atıb”.
Cebhe.info-nun məlumatına görə, ABŞ-ın Gürcüstandakı səfirliyinin “Twitter” hesabında yerləşdirilmiş bəyanatında belə deyilir.
“ABŞ səfirliyi Gürcüstan hökumətinin ana müxalifət partiyasının liderini həbs etmək qərarından son dərəcə narahatdır. Gürcüstan güclü demokratiya yolunda geri addım atıb” - bəyanatda qeyd edilir.
Diplomatik nümayəndəlik, həmçinin Gürcüstan tərəfinin ABŞ-ın və digər tərəfdaşlarının təmkin və dialoq çağırışlarına məhəl qoymadığına görə təəssüfləndiklərini bildirib.
Xatırladaq ki, fevralın 22-də polis N.Melianın saxlanılması üçün eks-prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasına basqın edib. Əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. Müxalifət etiraz aksiyalarına hazırlaşdıqlarını açıqlayıb.
Müşfiq Abdulla
Cebhe.info
Oxunma sayı: 705