hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

ABŞ səfirliyinin nümayəndələri iqtisadi islahatları dəstəkləyir

ABŞ səfirliyinin nümayəndələri iqtisadi islahatları dəstəkləyir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Konfliktlər Bürosunun direktoru xanım Şeril Fernandes, ABŞ-ın Azərbaycandakı səfirinin müavini Maykl Dikerson və səfirliyin iqtisadi məsələlər üzrə eksperti Peter Kaufmandan ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Palatadan Cebhe.info-ya verilən məlumata görə, görüş zamanı qarşılıqlı əməkdaşlıq çərçivəsində görülmüş işlərə toxunulub, perspektiv məsələlər müzakirə edilib. Palata və ABŞ-ın müvafiq nəzarət orqanları ilə davam edən əməkdaşlıqdan, qarşılıqlı səfərlər, təcrübə mübadiləsindən bəhs olunub.

Vurğulanıb ki, Palatanın əməkdaşları ABŞ-ın maliyyə nəzarəti orqanlarından Əmanətlərin Sığortalanması üzrə Federal Qurum, ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Kommisiyası, Milli Kredit İttifaqları Administrasiyası və Maliyyə Sektoruna Nəzarət Palatasında görüşlər keçirərək qabaqcıl təcrübə ilə yaxından tanış olublar.

Şeril Fernandes Azərbaycanda iqtisadi islahatları dəstəkləmək üçün güclü və sabit maliyyə sektorunun əsas dayaq rolu oynadığını qeyd edib. Maliyyə sektorunda baş verən böhran zamanında yaradıldığına baxmayaraq qısa müddət ərzində çox böyük uğurlar əldə etdiyini vurğulayaraq sektora yönəlmiş islahatların sabitliyin və diversifikasiyanın təmin olunması istiqamətində düzgün strategiya olduğunu bildirib. 

Eyni zamanda Azərbaycanda bütün istiqamətlərdə nəzərəçarpan irəliləyişlərin qeydə alınmasının və Palata ilə ABŞ-ın nəzarət orqanları arasında sıx əməkdaşlıq əlaqələrinin təmin olunmasının öz ölkəsində müsbət qarşılandığını ifadə edib. Həmçinin xanım Fernandes Palata və ABŞ-ın maliyyə qurumları arasında bu kimi görüşlərin Vaşinqtonda da təşkil edilməsinin qarşılıqlı əməkdaşlıq baxımından müsbət rol oynayacağını qeyd edib.

Xatirə
Cebhe.info


Oxunma sayı: 507