hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

ABŞ sərhədçiləri Rusiya vətəndaşını atəşə tutdular

ABŞ sərhədçiləri Rusiya vətəndaşını atəşə tutdular

ABŞ sərhədçiləri Meksika sərhədində Rusiya vətəndaşına odlu silahla atəş açıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Gömrük və Sərhəd Mühafizə Qurumu məlumat yayıb. Açıqlamada Arizona əyalətində sərhədi qanunsuz şəkildə keçdiyindən şübhələndikləri şəxsin odlu silahla vurulması nəticəsində yaralandığı bildirilib.

Qurum yaralının kimliyi ilə bağlı heç bir məlumat yaymasa da, RİA Novostu yaralanan şəxsin 1982-ci il təvəllüdlü Rusiya vətəndaşı Yevgeni Qluşenko olduğunu yazıb.

Qeyd edək ki, ABŞ sərhədçiləri son dövrlər Meksika sərhədindəki etirazlara görə tənqid edilir. Belə ki, təkcə oktyabr ərzində Meksika sərhədində 36 min nəfər sərhədçilər tərəfindən saxlanılıb.

Cebhe.info


Oxunma sayı: 529