hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ "Şimal axını-2"yə imkan verməyəcək: Əvvəl xəbərdarlıq, sonra...

ABŞ "Şimal axını-2"yə imkan verməyəcək: Əvvəl xəbərdarlıq, sonra...

ABŞ "Şimal axını-2" layihəsindən imtina etməyən Avropa şirkətlərinə qarşı sanksiya tətbiq edəcək.

Cebhe.info xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, xəbəri ABŞ hökumətindəki mənbə verib. Beləliklə, ABŞ layihənin icrasına mane olmaq niyyətindədir.

Artıq hökumət rəsmiləri layihədə iştirak edən Avropa şirkətlərinə bununla bağlı xəbərdarlıq edib:

“Rusiya ilə əməkdaşlığa yaxşılıqla son qoymaq təklif olunub. ABŞ Avropa şirkətlərinə sanksiya tətbiq etmək niyyətindədir. Biz hələlik onlara zəng edir və layihədən imtinaya çağırırıq!”

ABŞ iddia edir ki, layihə Rusiyanın geosiyasi layihəsidir və Avropanı təsirinə almağı hədəfləyib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1002

Bizim Telegram səhifəmizi izləyin