hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

ABŞ Türkiyəni sanksiyalarla təhdid edir

ABŞ Türkiyəni sanksiyalarla təhdid edir

Birləşmiş Ştatların maliyyə naziri Stiven Mnuçin cümə günü deyib ki, prezident Donald Tramp ABŞ rəsmilərinə Suriyanın şimalında hərbi əməliyyatlara başlayan Türkiyəyə qarşı çox ciddi sanksiyalara göstəriş verib.

O, banklara da göstəriş verildiyini deyib.

Mnuçin Birləşmiş Ştatların sanksiyaları bu anda aktivləşdirmədiyini, lakin lazım gələrsə bu addımı atacağını bildirib.

“Bunlar çox sərt sanksiyalardır. Ümid edirik ki, onlardan istifadə etməyimizə gərək qalmayacaq. Lakin ehtiyac olarsa biz Türkiyə iqtisadiyyatını dayandıra bilərik "deyə, Mnuçin bildirib.

Cümə axşamı Donald Trampın Suriya siyasətini gündəmə gətirən qanunvericilər Suriyada kürd döyüşçülərə qarşı hücuma keçən Türkiyəyə “sarsıdıcı” sanksiyaların tətbiqini təklif edib.

Respublikaçı senator Lindsi Qrem və onun demokrat həmkarı Krin Ban Hollen Türkiyəyə qarşı ölçüləri açıqlayıb.

Onlar prezident Rəcəb Tayyib Ərdoğan da daxil edilməklə, Türkiyənin yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Rusiyadan S-400 raketlərdən müdafiə sistemi alan Türkiyənin cəzalandırılması və Türkiyə rəsmilərinə viza məhdudiyyətlərinin qoyulmasını təklif edib.

Cebhe.info


Oxunma sayı: 386