hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq etdi

ABŞ Ukraynaya görə Rusiyaya xəbərdarlıq etdi

“Amerika Birləşmiş Ştatları Rusiya Federasiyasını Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə, gərginliyi təhrik etməməyə və artırmamağa çağırır”.

Cebhe.info-nun məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi belə deyib.

Onun sözlərinə görə, hazırda Rusiyanın niyyətlərindən danışmaq çətindir. Bu ölkə tərəfindən Krımda və Ukrayna-Rusiya sərhədində, Ukraynanın cənub-şərqindəki digər bölgələrdə hərbi qüvvələrin cəmləşməsi müşahidə olunur. Lakin ABŞ vəziyyəti izləməyə davam edir.

“Biz Minsk razılaşmasının da tələb etdiyi atəşkəs çağırışına davam edirik ki, sonra gərginliyi azaldaq, deeskalasiyaya nail olaq”,- deyə Kirbi bildirib.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 408