hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

ABŞ və Çin qarşıdurması: Ruslar kimin tərəfindədir?

ABŞ və Çin qarşıdurması: Ruslar kimin tərəfindədir?

ABŞ ilə Çin arasında iqtisadi gərginlik səngimək bilmir.

Hətta pandemiya dövrünün olmasına baxmayaraq bu mübarizə davam edir. Belə ki, ABŞ Demokratik Partiyası ölkə Senatında iqtisadiyyatın Çinə qarşı dura bilmək üçün möhkəmləndirilməsinə 350 milyard dollar ayrılması nəzərdə tutulan qanun layihəsi təqdim edib. Bu isə hələ mübarizənin davam edəcəyini göstərir.

Bəs bu mübarizənin nəticəsi dünyaya nə vəd edir?

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, ABŞ ilə Çin arasında iqtisadi mübarizənin nə qədər davam edəcəyi Donald Trampın hakimiyyətdə olduğu müddətdən asılıdır və nəticənin qanlı toqquşmalarla sonlanacağını ehtimal etmirəm:

“Pandemiya ilk olaraq Çində yaranıb özünü ən güclü şəkildə orada göstərsə də, hökumət bunun təsirindən çıxa bilib və faktiki olaraq koronavirusa qalib gəlib. Yəni Çin nəhəg dövlət olaraq qalır. Çin nüvə silahına malikdir, əhalisi milyarddan artıqdır, iqtisadiyyatı çıx böyükdür. Təbii ki, onunla hesablaşmaq lazımdır. Eyni zamanda ABŞ da dünyanın ən aparıcı dövlətidir. ABŞ-da baş verən hadisələr təəssüflər doğurur. Çünki orada koronavirusa yoluxanların sayı artır və bu mənfi haldır. Hesab edirəm ki, ABŞ-la Çin arasındakı iqtisadi gərginlik hələ müəyyən müddət davam edəcək. Hər halda Tramp hakimiyyətdə olanadək proseslər belə davam edəcək. ABŞ artıq Rusiya ilə rəqabət aparmaq istəmir. Çünki Rusiya müəyyən dərəcədə çökmüş vəziyyətdədir. O, zəfdir və sanksiyalar altında əzilir. Amma Çin həm iqtisadi, həm hərbi potensialı, həm də siyasi nüfuzu baxımından ABŞ üçün təhlükə yarada biləcək bir ölkədir. Burada müəyyən dərəcədə maraq dairəsinin genişlənməsi mübarizəsi gedir.

Təbii ki, Amerika hər zaman bu mübarizədə üstünlük təşkil edib. Amma axır vaxtlar görünür ki, Çinin belə sürətlə inkişafı ABŞ-ı narahat edir. Əgər Ağ Evdə dövlət başçısı dəyişərsə, ABŞ-ın xarici siyasətində dəyişiklik ola bilər. Ancaq bütün hallarda iki dövlət arasındakı iqtisadi gərginliyin qanlı toqquşma ilə nəticələnəcəyini düşünmürəm. Çünki hər iki dövlət bilir ki, bu toqquşma yalnız onlara deyil, dünya ölkələrinə də böyük mənfi təsir göstərə bilər”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 3730

Bizim Telegram səhifəmizi izləyin