hava haqqindaBakı
Bu gün +8 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8828
  • NEFT - 62.35
  • clouds-weather

Abşeron Milli Parkında qaçış marafonu keçirilib

Abşeron Milli Parkında qaçış marafonu keçirilib

Bu gün Dövlət Bayraq Günü ilə bağlı Abşeron Milli Parkında "Sağlam ətraf mühit, sağlam həyat naminə" qaçış marafonu keçirilib.

Cebhe.info xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova verib.

Milli parkda "Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!" şüarı ilə ilk dəfə keçirilən marafonun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Mətbuat katibi bildirib ki, marafonda sadə vətəndaşlar iştirak edib. Marafona Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətin nümayəndələri də qoşulub. İştirakçılar 6 kilometr məsafə qət edib.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 551