hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Abunə kodları rayonların işğaldan azad edilmə tarixinə uyğun olacaq - RƏSMİ

Abunə kodları rayonların işğaldan azad edilmə tarixinə uyğun olacaq - RƏSMİ

Ağdam və Füzuli rayonlarında da qeyri-əhali qrupuna daxil olan abunəçi kodları bu rayonların işğaldan azad edilmə tarixinə uyğunlaşacaq.

Bunu jurnalistlər üçün keçirilən birifinqdə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

V.Mustafayevin sözlərinə görə, hazırda bununla bağlı işlər aparılır:

"Bilirsiniz ki, Füzuli və Ağdam rayonlarının böyük bir hissəsi bizim nəzarətimizdə idi. Bu isə o düməkdir ki, mövcud abunə kodları var. Amma hazırda texniki işlər aparılır və tezlikıə bu rayonlarda olan qeyri-əhali qrupu istehlakçıların abunə kodunda həmin rayonların işğaldan azad edilmə tarixi öz əksini tapacaq".

Ülviyyə
Cebhe.info


Oxunma sayı: 837