hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 2.0681
  • NEFT - 67.97
  • clouds-weather

Açıq havada maskadan istifadə məcburiyyəti ləğv ediləcək: “Müzakirələr gedir”

Açıq havada maskadan istifadə məcburiyyəti ləğv ediləcək: “Müzakirələr gedir”

May ayının ikinci yarısında küçədə məcburi maskadan istifadə qaydasının dəyişdiriləcəyi gözlənilir.

Cebhe.info-ya daxil olan məlumata görə, artıq bununla bağlı məsələyə baxılır və qısa zamanda vəziyyətə uyğun qərarın veriləcəyi gözlənilir.

“Hələlik rəsmi qərar yoxdur. Amma deyə bilərəm ki, müzakirələr gedir və açıq havada maska taxmaqla bağlı məcburiyyətin aradan qaldırılması nəzərdə keçirilir. Yəqin ki, may ayının ikinci yarısında, havalar istiləşəndə bununla bağlı qərar veriləcək”, - deyə məlumatlı mənbə bildirib.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 7019