hava haqqindaBakı
Bu gün +13 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0230
  • EURO - 1.9208
  • NEFT - 70.55
  • clouds-weather

Adil Qəribov: “Azərbaycanda Atom Elektrik Stansiyası tikilə bilər”

Adil Qəribov: “Azərbaycanda Atom Elektrik Stansiyası tikilə bilər”

"Qazaxıstanda Atom Elektrik Stansiyası (AES) tikilə bilər".

“RİA Novosti”nin məlumatına görə, bunu Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev bildirib. “Fikrimcə, biz, nəhayət, belə bir qərar verəcəyik. Artıq Qazaxıstanda elektrik enerjisinin çatışmazlığının ilkin əlamətləri hiss olunur”, - o deyib.

Azərbaycanda necə Atom Elektrik Stansiyası tikilə bilərmi?

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri Adil Qəribov Cebhe.info-ya açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda Atom Elektrik Stansiyası tikilə bilər: "Atom Elektrik Stansiyasının tikilməsi üçün ən az 10 il vaxt lazımdır. Bunun üçün bizim energetik sistemlərinin effektivliyi, onların paylanma qanunauyğunluqları hesablanmalıdır. Ondan sonra deyilə bilər ki, bizdə nə vaxt və hansı gücdə bu stansiya tikilə bilər".

Qurum rəhbəri hesab edir ki, Atom Elektrik Stansiyasının yaradılması ölkəmiz üçün çox sərfəlidir:

"Mən təkcə Azərbaycan üçün yox, karbohidrogen tərkibli enerji yataqlarına malik ölkələr üçün hesablama aparmışam. Təqribən 1200 MVt-lıq AES bir ildə 1 milyarda yaxın xeyir verir. Həmin reaktorların qiyməti 5 milyarddır. Uzağı 5 ilə o reaktor öz pulunu çıxaracaq. İndiki 3+ reaktorların istismar müddəti 60 ildir. Azərbaycan kimi ölkələrdə AES-nın tikilməsi sərfəlidir. Mənə elə gəlir ki, ölkələr bu məsələyə münasibəti tamamilə dəyişilməlidir. Avropa ölkələri alternativ enerji ehtiyatlarına, yəni günəş və küləyə çox arxayın olmuşdular. Amma külək və günəş davamlı enerji mənbəyi olmadığı üçün Avropa ölkələrində energetik krizis baş verib. Ona görə də hələlik heç bir dövlət günəş və külək enerji mənbəyinə arxayın olub, energi siyasətini qura, enerji təhlükəsizliyini təmin edə bilməz. Ona görə də mütləq dayanıqlı enerji mənbələri lazımdır.

Azərbaycan da kifayət qədər yataqlara malikdir. Bizim enerji mənbələrimizdə qıtlıq yoxdur. Günəş və külək enerjisi yalnız enerji qənaətedicisidir. İndiki vəziyyətdə əsas karbohidrogenlərdən əlavə yeganə enerji mənbəyi nüvə enerjisidir. Nüvə enerjisi dünyanın əsas enerji mənbələri siyahısına daxil olmaq imkanına malikdir. Uranın yatağında təqribən 300 ilə çatacaq nüvə enerjisi var. Ona görə də Azərbaycan da AES haqqında fikirləşməlidir. Azərbaycanda 2014-cü ildə Milli Nüvə Tədqiqatları Mərkəzi yaradılıb. Respublikanın gələcəkdə nüvə energetik texnologiyaları yaradılması məsələsi olarsa, biz bu məsələdə əsas elmi məsləhətçi və icraçı quruma çevriləcəyik. Bu istiqamətdə də kadr hazırlığı aparılır".

Günay Şahmar
Cebhe.info


Oxunma sayı: 925