hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

ADNSU-da İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı tədbir

ADNSU-da İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı tədbir

Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyimünasibətilə tədbir keçirilib.Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı Sərəncama uyğun olaraq keçirilən tədbirdəADNSU-nun professor-müəllim heyəti, eləcə də tələbələr iştirak edib.

Cebhe.info xəbər verir ki, ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev çıxışında İsmayıl Şıxlının zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarından biri olduğunu bildirib. Sənətkarın folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsinin öz dolğun ifadəsini tapdığını qeyd edən Ata Babayev onun xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar silsiləsi yaratdığını bildirib.

İsmayıl Şıxlının “Cəbhə gündəlikləri”, “Ayrılan yollar” kimi əsərlərindən danışan Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal yazıçının "Dəli Kür” romanının ictimai şüurda dönüşə və özünüdərkə yol açdığını qeyd edib, əsəri mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirib. İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı üçün böyük nasir olmaqla yanaşı, həm də örnək pedaqoq olduğunu deyən R.Kamal onun taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirən bir şəxsiyyət olduğunu qeyd edib.

Sonra professor-müəllim heyəti və tələbələr yazıçının zəngin ədəbi-bədii irsi ilə bağlı fikirlər səsləndiriblər.

Cebhe.info


Oxunma sayı: 309