hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Afaq Bəşirqızıdan onu deputat görmək istəyənlərə CAVAB

Afaq Bəşirqızıdan onu deputat görmək istəyənlərə CAVAB

Xalq artisti Afaq Bəşirqızının növbəti parlament seçkilərində iştirak etməsi üçün kampaniya başladılıb. 

Sosial şəbəkələrdə bu barədə paylaşımlar edən istifadəçilər,  Xalq artistisinin sənət dostları Afaq Bəşirqızını deputat kimi görmək istədiklərini yazıblar. 

Belə ki, xalq artisti Röya Ayxan, Elza Seyidcahan, məşhur qarmon ifaçısı Gülbahar Şükürlü, aktrisa Naibə Allahverdiyeva və bir çox şou -biznes sənətçiləri Afaq Bəşirqızına dəstək çıxıb. Xeyli sayda izləyici də bu fikirlə həmrəy olduğunu bildirib.

Məsələ ilə bağlı Afaq Bəşirqızı Cebhe.info-ya açıqlamasında hələ bu barədə düşünmədiyini deyib:

“Məni dəstəkləyənlərə, kampaniya başladanlara çox təşəkkürümü bildirirəm. Amma bu barədə hələ fikirləşməmişəm. Nə də belə bir fikrim var”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 15049