hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

AFFA "Qəbələ" klubuna maliyyə yardımı göstərəcək

AFFA "Qəbələ" klubuna maliyyə yardımı göstərəcək

AFFA Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə də iştirakı üçün "Qəbələ" klubuna maliyyə yardımı göstərəcək.

Bu barədə əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, milli assosiasiya ötən mövsüm olduğu kimi, qarşıdakı mövsümdə də bölgə klubuna maddi dəstək verəcək: "Bəli, maliyyə yardımı gözlənilir. Amma məbləğ yaxın günlərdə bəlli olacaq. Bununla bağlı AFFA-nın özü rəsmi açıqlama verəcək".

Qeyd edək ki, AFFA ötən mövsüm "Qəbələ"yə 1 500 000 milyon, "Zirə"yə 500 000, "Sumqayıt"a 300 000, "Səbail"ə isə 200 000 manat vəsait ayırıb.

Cebhe.info


Oxunma sayı: 419