hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Ağ Ev oyun meydanını dəyişir: Hədəf kommunizmin son qalasıdır

Ağ Ev oyun meydanını dəyişir: Hədəf kommunizmin son qalasıdır

ABŞ Dövlət Departamenti elan edib ki, Birləşmiş Ştatlar Kuba vətəndaşları üçün B2 turist vizasının qüvvədəolma müddətini üç aya qədər azaldacaq və bu müddətdə onların ABŞ-a yalnız bir dəfə gəlməsinə icazə veriləcək.

Fins.az-ın məlumatına görə, əvvəllər kubalılara beş illik viza almaq və bu müddətdə dəfələrlə ABŞ-a gəlmək hüququ verilirdi. B2 kateqoriyalı viza turist kimi, ailəvi, müalicə və digər məqsədlər üçün səfərləri əhatə edir.Kubalı sahibkarların çoxu bu vizalardan istifadə etməklə qohumlarına baş çəkməklə yanaşı, öz müəssisələri üçün zəruri materiallar alırdılar.

Tramp administrasiyasının fikrincə, Kuba hökuməti ABŞ vətəndaşlarına analoji imkanlar vermir. ABŞ-ın immiqrasiya qanunvericiliyinə görə tələb edilir ki, ABŞ vizalarına görə rüsumlar və bu vizaların qüvvədəolma müddətləri praktikada mümkün qədər qarşılıqlı formatda olmalıdır.

Vaşinqtonun bu addımı Venesueladan sonra Kuba rejiminə təzyiqlərin artırılmasından xəbər verir.Son günlər Nikaraquanın sosialist lideri Daniel Orteqaya qarşı kütləvi etirazların başlanmasının da arxasında ABŞ-ın dayandığı bildirilir.Ümumiyyətlə, son dövrlər ABŞ-ın geostrateji maraq dairəsinin dəyişməsi müşahidə olunur.Ekspertlərin fikrincə, Tramp administrasiyası Yaxın Şərqdən daha çox Latın Amerikası regionu uğrunda mübarizəyə üstünlük verir.Politoloq Malek Dudakov hesab edir ki, Donald Trampın Suriyadan Amerika hərbi kontingentini çıxartmaq qərarı məhz Ağ Evin diqqəti Latın Amerikasına yönəltməsi ilə bağlıdır. Donald Tramp Cənubi Amerikada ABŞ-ın uzaqdan apardığı sonsuz müharibəni dayandırmağa qərar verdi. O, Venesuelada müxalifətə açıq dəstək vermiş və Xuan Quaydonu prezident kimi tanımış ilk ABŞ prezidentidir. Venesuelada vəziyyət tam müəyyənləşməsə də, ABŞ bütün hallarda Maduronun sosialist rejimini devirmək istəyir.

Növbədə isə Kuba və Nikaraquadır.Trampın milli təhlükəsilzik məsələləri üzrə müşaviri Con Bolton bu ölkəni “Tiranlıq üçlüyü” adlandırıb.Bolton bəyan edib ki, Ağ Evin əsas vəzifələrindən biri həmin ölkələrdəki solçu rejimləri devirməkdən ibarətdir.Amerika siyasəti taleyüklü strateji dəyişikliyə uğrayır.“Son səkkiz ildə ABŞ Yaxın Şərqdə hərbçilərini ixtisara salıb.Bu təsadüfi deyil.Donald Tramp xeyli müddətdir ki, Amerika sərhədlərindən uzaqda tükənmək bilməyən müharibələri dayandırmağa çağırırdı.Onun əmrinə görə, ABŞ aprelə qədər Suriya ərazisini tərk etməli idi.Tezliklə Talibanla sülh müqaviləsi bağlamaq planlaşdırılır ki, bu da amerikalıların öz tarixində ən uzun əməliyyatı - Əfqanıstandakı müharibəni tamamlamağa imkan verəcək. Eyni zamanda, Trampın komandası, ümumiyyətlə, rejim dəyişikliyinə və ABŞ-a düşmənçilik edən ölkələrdə "milli quruluş" siyasətinə şübhə ilə yanaşaraq, Cənubi Amerikanın qonşu dövlətlərində baş verənlərə daha çox diqqət yetirməyə başlayıb. Tramp Braziliyada özünə bənzədilən populist autsayder, mühafizəkar Jair Bolsonarın qələbəsini alqışlayıb. 

Venesuelada müxalifətin kütləvi iğtişaşlar dərhal ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənib.Ağ Ev xarici siyasətində Nikolas Maduroya qarşı təzyiqləri gücləndirib, sanksiyaların yeni mərhələsini işə salıb və Venesuela dövlət şirkətlərinin ABŞ-dakı hesablarını dondurub. Tramp administrasiyasının xarici siyasət kursunun arxitektoru Con Bolton bu gün ABŞ-ın ən təsirli dövlət xadimlərindən biridir. Bir müddət öncə “Tiran üçlüyü” termininin xüsusi müəllifi sayılan Bolton Cənubi Amerikada-Kubada, Venesuelada və Nikaraquada üç solçu rejimin qalmasını şərh edib.
Latın Amerikası yaxındadır və orada baş verən hadisələr ABŞ-a təsir göstərir. Trampın müşavirləri hesab edir ki, ABŞ-ın cənub sərhəddində şərtlər nə qədər yaxşı olarsa, yeni vətənində xoşbəxtlik axtaran miqrantlar da bir o qədər az olar. Çünki onlar işsizlik, aşağı əməkhaqqı, korrupsiya, azğın cinayətkarlıq kimi bənzər olmayan sosial çətinliklərdən qaçır.Buna görə, Cənubi Amerikada lazım olan iqtisadi və sosial islahatlar prosesini başlada biləcək sağçı və mühafizəkar siyasi qüvvələrə Ağ Evin dəstəyi çox vacibdir”.

Tramp administrasiyasının digər maraqları Cənubi Amerika regionunun zəngin təbii sərvətləridir. Bu, ABŞ şirkətləri üçün əhəmiyyətli bir bazar ola bilər. Çinlə rəqabətin güclənməsi ABŞ-ı öz biznes maraqlarının müdafiəsində siyasi vasitələrdən istifadə etməyə vadar edir.Venesuela və Kuba Çinin əsas tərəfdaşları olaraq qalır.Karakas və Havanada rejimin yumşaq dəyişməsi ABŞ-a Çinin təsirini aradan qaldırmağa imkan verə bilər.2015-ci ildə Vaşinqtonla Havananın münasibətlərdəki yumşalmaya Trampın hakimiyyətə gəlişindən sonra tamamilə son qoyuldu. O, Obamanın imtina etdiyi sanksiyaları Kubaya tətbiq etdi. 

Amerikalıların Kubaya getməsinə icazə verilsə də, ABŞ şirkətləri bu ölkənin iqtisadiyyatına sərmayə qoya bilməz. Tramp Kuba məhsullarının ABŞ bazarlarında satışına qadağa qoyub. 

Kuba iqtisadiyyatının başlıca donoru Venesueladakı Maduro rejimi sayılır.Venesuela Kubaya hər gün güzəştli qiymətlərlə 50-70 min barel neft tədarük edir.Lakin Venesuelada hakimiyyət dəyişikliyi baş tutarsa, Kubaya neft ixracı dayandırılacaq.Bu isə, Kuba iqtisadiyyatına ağır zərbə vura bilər, Kubadakı rejimi devirmək üçün ABŞ-a yaxşı siyasi fürsət yarada bilər.

Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 2354