hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Ağ Ev təhlükəli Venesuela qərarını verdi: HƏFTƏNİN SONUNA KİMİ... 

Ağ Ev təhlükəli Venesuela qərarını verdi: HƏFTƏNİN SONUNA KİMİ... 

ABŞ Venesuelada olan bütün diplomatlarını bu həftənin sonuna qədər Vaşinqtona geri qaytaracaq. Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, bu barədə dövlət katibi Mayk Pompeo sosial şəbəkə hesabında yazıb.

Pompeo diplomatların hamısının Venesueladan çıxarılmasının səbəbini “onların Karakasda qalmasının rəsmi Vaşinqtonun bu ölkəylə bağlı siyasətini məhdudlaşdırması” ilə əlaqələndirib. Ölkədə isə vəziyyət getdikcə pisləşir.

ABŞ-ın bu ölkədəki səfirliyinin əməkdaşlarının bir hissəsi 27 yanvarda paytaxt Karakası tərk edib. Qalanlar isə bu həftənin sonuna qədər ölkələrinə qayıdacaqlar.

Pompeonun bu bəyanatı narahatlıqla qarşılanıb. Bəziləri bunu ABŞ-ın Venesuelaya hərb müdaxiləyə hazırlaşması kimi dəyərləndirib. Dövlət katibinin öz "tvit"ində  "Vaşinqtonun öz siyasətini məhdudlaşdırması" ifadəsi bu iddianın tərəfdarlarının sayını artırıb.

Xatırladaq ki, Venesuelada vəziyyət 23 yanvardan gərginləşib. Müxalifət lideri və parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Nikolas Maduro isə postunu tərk etmək niyyətində olmadığını deyib. ABŞ və Avropa ölkələrindən göndərilən humanitar yardım ölkəyə buraxılmır.

Xəzər

Cebhe.info


Oxunma sayı: 3011