hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Ağ Evin sanksiya zəncirində daha bir HƏLQƏ

Ağ Evin sanksiya zəncirində daha bir HƏLQƏ


ABŞ Dövlət Departamenti “Skripal işi”nə görə Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanması ilə məşğuldur.

Əgər Rusiya özünün kimyəvi obyektlərində təftiş aparılmasına icazə verərsə, məhdudlaşdırıcı tədbirlərdən yayına bilər. Solsberidəki zəhərlənməyə görə əvvəlki sanksiyalar ABŞ-ın Rusiyaya bütün yardımlarını qadağan edir. Bura hətta humanitar yardımlar, ərzaq və kənd təsərrüfatı məhsullarının tədarükü də daxildir. 

Vaşinqton Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin (QRU) keçmiş əməkdaşı, polkovnik Sergey Skripalın və qızı Yuliyanın Solsberidə qəsdən zəhərlənməsində rəsmi Moskvanın əli olduğunu deyir. Ona görə də bu ilin noyabr ayında ABŞ tərəfindən Rusiyaya qarşı sanksiyaların qəbul ediləcəyi gözlənilir. Bu barədə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə köməkçisi Manişa Sinqx Nümayəndələr Palatasının xarici Əlaqələr Komitəsindəki dinləmələrdə belə deyib. “Biz sanksiyaların çox ciddi, ikinci turunu qanunauyğun olaraq qəbul etməyə hazırlaşırıq. Beynəlxalq ictimaiyyət Rusiyanın davranışı ilə barışmamalıdır”-deyə diplomat bəyan edib. O, bildirib ki, Rusiya yalnız özünün kimyəvi obyektlərində yoxlamalar aparmağa icazə verəcəyi təqdirdə sanksiyalardan xilas ola bilər: “Rusiya öz vətəndaşlarına yenidən sinir iflici vasitələrini tətbiq etməyəcəyinə dair Vaşinqtona təminat verdikdən sonra sanksiyalar altına düşməyə bilər”. 

Qeyd edək ki, Sergey və Yuliya Skripalın zəhərlənməsində ittiham edilən Aleksandr Petrov və Ruslan Boşirov “Russia Today” telekanalına müsahibə verib. Onların açıqlamasından belə çıxır ki, Petrov və Boşirov Solsberiyə turist kimi gəlib. Hər iki Rusiya vətəndaşının məqsədi Solsberidə bir gün qalmaq olub. Lakin hava şəraitinin pisləşdiyindən elektrik qatarı ilə geri qayıtmalı olublar. Növbəti gün, yəni martın 4-də onlar yenidən görməli yerlərə baxmaq üçün Solsberiyə gediblər. Bu zaman güclü sulu qar yağıb. Petrov da, Boşirov da “QRU”da işləmədiklərini, hətta Skripalların evinin də harada yerləşdiyini bilmədiklərini, özləri ilə İngiltərəyə heç bir zəhərli maddə, nə də Britaniyada aparılan araşdırmalara görə, “Noviçok” sinir iflici maddəsinin yerləşdirildiyi Nina Ricci ətir şüşəsini gətirmədiklərini iddia edir. 

Böyük Britaniyanın “The Guardian” qəzeti isə məsələni belə təhlil edir: “Britaniyada çox az adam inanacaq ki, həmin iki kişinin zəhərlənmə hadisəsinin baş verdiyi həmin həftəsonu Solsberiyə səfəri əslində möcüzəvi təsadüf olub. Onlar da çox az olacaq. Ətraflı götür-qoy etsək, onda demək olar ki, Moskva sadəcə, həvəskar səviyyəsində və çoxlarının təsəvvürünün əksinə yöndəmsiz icraçı çıxıb. Alternativ izahat ondan ibarətdir ki, Moskva Skripallarla yaşanan epizodu britaniyalıları trollamaq və Londonun nə düşündüyünün Moskvanı tamamilə narahat etmədiyini göstərmək imkanı kimi nəzərdən keçirib.

Amma Rusiya son aylar diplomatik dairələrdə özünü başqa cür aparıb. Birləşmiş Krallığa qarşı soyuq ədavət səmimidr, ancaq BMT Təhlükəsizlik Şurasında rus diplomatlar Birləşmiş Krallığın iddialarını şübhə altına atmaq üçün əhəmiyyətli səy göstərir, alternativ variantlar təklif edir və başqa iştirakçıların fikrini dəyişməyə çalışırlar. Kimyəvi silahdan istifadə BMT-də əsas məsələdir və bu baxımdan Rusiya pariya statusu almaq istəmir.

Üçüncü, ola bilsin, ən ehtimal olunan izahat ondan ibarətdir ki, bu müsahibə ilk növbədə Rusiyanın daxili auditoriyası üçün nəzərdə tutulub. Britaniya polisinin ittihamları, o cümlədən, videokameraların görüntüsü Rusiyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, ona görə bacarıqsız şəkildə yerinə yetirilən bu ifşa əməliyyatı ilə bağlı hər hansı formada əks narrativ təqdim etmək lazım idi.

Əlbəttə, Britaniya rəsmiləri Vladimir Putinin polis araşdırması zamanı əldə edilən sübutlara cavab verəcəyini gözləməyib. Həyasız Moskva sadəcə, bu iki şəxsin mövcudluğu barədə məlumatı olduğunu inkar edəcək, müşahidə kameralarından əldə edilən görüntüləri saxta adlandıracaq və məsələni bağlayacaq.

Lakin Putin başqa varianta üstünlük verib və “RT” televiziya kanalına ingilis dilinə tərcümə ilə müsahibə aparmağa icazə verib. Müsahibə zamanı müəyyən əsəbilik nəzərə çarpıb. Britaniya Xarici İşlər Nazirliyinin tikanlı bəyanat verməsi təəccüblü deyil: “Rusiyadan daim mart ayı Solsberidə baş verənləri izah etməsini istəmişik. Bu gün, əvvəllər də şahid olduğumuz kimi, cavab qarışıq və yalan olub”.

Rusiyanın izahatı həqiqətən o qədər zəif olub ki, çox güman, bu cavab Britaniyanın Xarici İşlər Nazirliyinin Avropanı kimyəvi silahdan istifadə edən ölkəyə daha sərt mövqe tutmağın zəruriliyinə inandıra biləcək. Rusiya etiraz edəcək və deyəcək ki, təqdim edilən izahat doğrudur, Sergey Skripal və qızının məhkəmə-tibb ekspertləri ilə görüş keçirilməsindən söhbət düşəndə Birləşmiş Krallıq açıqlıq nümayiş etdirmir. Bu insanların müdafiəsinin vacib olduğunu, habelə onların hələ tibbi baxımdan bərpa olmadıqlarını bildirən kəşfiyyat xidmətlərinin təqdim etdiyi sadəcə “Reuters” agentliyinə verilən qısa müsahibə, həmçinin əldən yazılmış bəyanat olub. Britaniya kəşfiyyatının Skripalların ailə evinin yaxınlığında videokameralarının olmaması hələ də təəssüf hissi doğurur. Belə ki, yalnız bu halda zəhərlənmə məqamında hər hansı rus agenti kadra düşə bilərdi. Ancaq Rusiyanın izahatı növbəti gözəl şeydir.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 11537