t Ağ Ev-in Ermənistan siyasəti: Bakıya inam, İrəvana güvənsizlik
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Ağ Ev-in Ermənistan siyasəti: Bakıya inam, İrəvana güvənsizlik

Ağ Ev-in Ermənistan siyasəti: Bakıya inam, İrəvana güvənsizlik

Yaxın Şərqdəki son hadisələr səbəbindən ABŞ-ın İrəvandakı səfirliyi bəzi viza xidmətlərini müvəqqəti olaraq dayandırıb. 

Səfirliyin qeyd edilən bəyanatı erməni, ingilis, fars dillərində yayılıb. Bəyanatın mətnində İran və iranlılar ifadəsi yoxdur. Lakin mətndə “İran tarixlərinin ləğvi” sözü vurğulanır. ABŞ-ın Ermənistandakı səfirliyi İran vətəndaşlarına viza xidmətləri göstərir.

Səfirlik bildirib ki, yeni müsahibə günü təyin edildiyi təqdirdə, vətəndaşlar məktubları elektron poçtla alacaqlar. Səfirlik ən qısa müddətdə yeni müsahibə günləri təyin ediləcək. ABŞ səfirliyinin ərazisinə daxilolma qaydasına da dəyişiklik edildiyi bildirilir. Xüsusilə ABŞ-ın İrəvandakı səfirliyinin konsulluq şöbəsi müraciət edənlərə böyük çantaların verilməməsi barədə xəbərdarlıq edib.

“ABŞ səfirliyinə girəndə yalnız kiçik bir çanta götürə bilərsiniz. Böyük bir çantan varsa səfirliyə daxil olmağa icazə verilməyəcək və siz əşyalarınızı təhlükəsizlik işçilərinin yanında ya da təhlükəsizlik kabinəsində yerləşdirə bilməzsiniz. Ziyarətinizi xidmətlərimizi lazım olduğu kimi təmin edə biləcəyimiz bir şəkildə planlaşdırın”-bəyanatda belə qeyd edilir.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, ABŞ-ın Azərbaycandan fərqli olaraq, Ermənistandakı səfirliyinin fəaliyyətini təhlükəsizlik məqsədilə məhdudlaşdırması konkret səbəblərlə bağlıdır. Ermənistan siyasi boşluqlara və böhran tendensiyalarına uğramış dövlətdir.

ABŞ-ın Ermənistandakı səfirliyi dünyada ikinci ən böyük diplomatik korpus olsa da rəsmi Vaşinqton təhlükəsizlik məsələsində İrəvana güvənmir:

“Bu baxımdan, Ermənistan İran üçün riskli ölkəyə çevrilib. Eyni zamanda Ermənistanla İran arasında intensiv şəkildə gediş-gəliş, strateji tərəfdaşlıq münasibətləri var. İranda çoxsaylı erməni icması yaşayır. Ona görə də ABŞ Ermənistan istiqamətində gücləndirməyə üstünlük verir ki, özünü daha əmin hiss etsin. Bundan başqa, Ermənistanın daxilində terrorçu qüvvələr var. Terrorun isə milliyyəti, dini olmaz. Terrorçu terrorçudur. Ermənistan terrordan yalnız Azərbaycana qarşı deyil, başqa dövlətlərə, hətta vaxtilə İrana qarşı da istifadə edib. Ona görə də Ermənistanın bu sürüşkən resursundan istənilən tərəf istifadə edə bilər. ABŞ bunu gözəl anlayır və riskləri azaltmağın yolunu diplomatik xidmətləri azaltmaqda, bəzilərini isə müvəqqəti dayandırmaqda görür. Düşünürəm ki, İranın ətrafında yerləşən dövlətlərdə ABŞ analoji tədbirlərə əl atır. Amma Ermənistan həmin ölkələrin arasında seçilir. Çünki Ermənistanın hakimiyyəti kövrək mövqeyi ilə seçilir. Deməli, onun hüquq-mühafizə və təhlükəsizlik orqanlarının fəaliyyətində boşluqlar var. Bütün bunlar da Amerika hakimiyyətinin diqqətindən kənarda qala bilməz”.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 5732