hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ağ evdən Kremlə mesaj: Generalı cəzalandırmaq istəyir

Ağ evdən Kremlə mesaj: Generalı cəzalandırmaq istəyir

Liviyada vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə olaraq Rusiya Federasiyasının fəaliyyəti ABŞ-ın Moskvanın müttəfiqi, Liviya qiyamçılarının başçısı, marşal Xəlifə Həftərə qarşı çıxmasına səbəb olub.

ABŞ-ın “Wall Street Journal” qəzeti bu baradə açıqlama yayıb. Qeyd edilir ki, Dövlət Departamenti Rusiyanın “Vaqner” xüsusi təyinatlı muzdlu dəstəsinidən dəstək alan Həftərə qarşı sanksiya tətbiq etməyə hazır olduğunu bildirir. Bu dəstə iyulun əvvəlində Əs-Sidr şəhərinin zəbt edilməsində qiyanmçılara dəstək verməklə Fəyaz Səracın rəhbərlik etdiyi Liviya Milli Barışıq Hökumətinin neft ticarətinə mane olub.

ABŞ-ın Həftəri təhdid etməsi ilk hadisə deyil. Həftərin tərəfdarları Liviyadakı ən böyük Sirtə körfəzi və Şarara neft yatağı yaxınlığındakı terminalları nəzarətə götürdükdən sonra Vaşinqton qiyamçı Liviya Milli Ordusuna qarşı sanksiyaların tətbiqi barədə danışmağa başlamışdı.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Donald Trampın CAATSA qanununa əsasən imzaladığı fərmanla “Vaqner” qrupuna sanksiya tətbiq edilib.

ABŞ-ın Həftərə qarşı sanksiya tətbiq etməsi təbii ki, qiyamçılara dəstək verən ölkələri, o cümlədən Rusiyanı mövqeyinə yenidən baxmağa sövq edə bilər. Bu isə Rusiyanın Liviyadakı mövqelərinin zəifləməsi deməkdir. ABŞ bu məsələdə israrlı mövqe nümayiş etdirsə, Liviyadakı qüvvələr nisbətini legitim Fəyaz Sərac hökuməti ilə yanaşı, həm də ona dəstək verən Türkiyənin xeyrinə dəyişə bilər. Əslində, Türkiyə hadisələrin gedişini öz xeyrinə dəyişməyə nail olub. İndi rəsmi Ankara Xəlifə Həftəri hakimiyyətə gətirməyə çalışan Rusiya, Misir, Fransa, Birləşmiş Ərəb Əmirikləri kimi xarici qüvvələri neytrallaşdırmaq istəyir. Bu baxımdan, ABŞ-ın sanksiyaları mühüm rol oynaya bilər. Çünki ABŞ-ın həm Misir prezidenti Əbdül Fəttah əl-Sisiyə, həm də BƏƏ-ə güclü siyasi təsir imkanları var.

Ona görə də Vaşinqtonun Həftəri cəzalandırması Liviyaya ordu yeritmək üçün parlamentin razılığını almış əl-Sisini, həm də Lqiyamçıları muzdlu dəstələr və silahla təmin edən BƏƏ-ni geri çəkilməyə vadar etmiş olar. Ukraynaya hərbi təcavüzünə görə sanksiyalara məruz qalmış Rusiya Həftərə dəstəyini davam etdirərsə, növbəti qadağalarla üzləşə bilər.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlunun sözlərinə görə, Liviyada yeni bir düzən formalaşmaqdadır. Bu prosesdə Türkiyə, Almaniya, İtaliya və ABŞ-ın maraqlarını görmək mümkündür: “ABŞ-ın və Rusiyanın maraqları Yaxın Şərqdə bir çox nöqtələrdə kəsişir. Liviya yeganə ölkə idi ki, orada hər iki tərəf Həftərə dəstək verirdi. Lakin durumun dəyişməsi ABŞ-ı müəyyən manevrlər etməyə vadar edir. Bu mənada, “Vaqner” qrupu ilə bağlı yayılan xəbərlər ilk növbədə, ABŞ-Rusiya münasibətləri kontekstində izah edilməlidir. ABŞ Yaxın Şərqdə Rusiyanın mövqelərinin güclənməsində birmənalı şəkildə maraqlı deyil. Eynilə, Rusiya da ABŞ-ın bu regionda möhkəmlənməsini istəmir. Biz bunun həm Suriyada, həm Fələstin məsələsində şahidi olduq. Liviyanın özündə düzənin dəyişməsi, Sərac hökumətinə beynəlxalq dəstəyin artması ABŞ-ın yeni prioritetləri müəyyənləşdirməsinə səbəb olub. Bu da öz növbəsində, həm Sərac hökumətinin, həm də Türkiyənin mövqelərinin güclənməsinə müsbət təsir göstərə bilər.

O ki qaldı Misirin Liviyaya qoşun yeritməsi barədə qərara, bu Yaxın Şərqdə bir presedent yarada bilər. Bu presedent Yaxın Şərqdəki ölkələrin öz geosiyasi, iqtisadi maraqları naminə başqa ölkəyə hərbi təcavüz etməsinə, yaxud üsyançıları leqal şəkildə dəstəkləməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, belə bir presedentin yaranmasında heç bir tərəf, həmçinin Qərb maraqlı deyil. Formalaşmaqda olan düzənin pozulmasını ABŞ da istəmir. Yunanıstan-Türkiyə münasibtləri baxımından, Aralıq dənizi hazırda çıx həssas dönəm yaşayır. Ona görə də inanmıram ki, Misir birbaşa hərbi müdaxilə ilə əlifə Həftərə həri dəstək versin”.
Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 14873