hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ağ Evdən Türkiyəyə qarşı daha bir təzyiq vasitəsi

Ağ Evdən Türkiyəyə qarşı daha bir təzyiq vasitəsi

ABŞ Prezidenti Donald Tramp “Aya-Sofya” muzeyinin məscidə çevrilməsinə görə Türkiyəni təhdid edib.

Ağ Evdə Konstantinopol Pravoslav Kilsəsinin ABŞ-dakı arxiyepiskopu Elpidoforla görüşən Donald Tramp “Aya-Sofya”nın ibadətgaha çevrilməsi məsələsini müzakirə edib.

Tramp məbədlə bağlı hadisəyə görə narahatlığını bildirib. O, özünü ellinizmin köməkçisi və tərəfdarı elan edərək, tezliklə təxirəsalınmaz müdaxilələrə başlayacağını qeyd edib.

Xatırladaq ki, Türkiyənin İstanbul şəhərində yerləşən “Aya-Sofya” məbədi 86 ildən sonra namaz qılınmaq üçün məscid kimi fəaliyyətə başlayıb. Ancaq ABŞ prezidenti müdaxilə deyərkən nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Öz fəaliyyətində milli, dini və irqi baxışları ilə seçilən prezident Trampın bu məsələyə münasibətdə də Türkiyəyə qarşı "sürpriz" addımlar atacağı istisna olunmur.

Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, heç bir dövlət başçısının Türkiyənin bu qərarına qarşı çıxmaq səlahiyyəti yoxdur: “”Aya-Sofya”nın məscid kimi fəaliyyət göstərməsi barədə qərarı Türkiyə məhkəməsi çıxarıb. Ona görə də bu, Türkiyənin birbaşa daxili işidir. Başqa bir dövlətin bu qərarla bağlı Türkiyənin daxili işlərinə müdaxilə etməsi doğru deyil. 1453-cü ildə İstanbul fəth ediləndən sonra 1933-cü ilə qədər “Aya-Sofya” məscid kimi fəaliyyət göstərib. 1933-cü ildə restavrasiya olunduqdan sonra onun muzeyə çevrilməsi ilə bağlı qərar qəbul edilib. Bütövlükdə, “Aya-Sofya”nın məscid kimi fəaliyyətini bərpa etməsi haqda məhkəmənin qərarı onun muzey kimi də qalmasına mane olmur. Onu da qeyd edim ki, “Aya-Sofya” əvvəldən etiqad yeri kimi əsası qoyulmuş bir abidədir. Bu məbəd iki dəfə yandırılıb və yenidən inşa edilib. Prinsip etibarilə məscid kimi fəaliyyət göstərməsi onun fəlsəfi mahiyyətinə xələl gətirmir. “Aya-Sofya”nın məscidə çevrilməsi ilə bağlı qərarlar qəbul edildikdən sonra Rusiya, Fransa, ABŞ və bir sıra ölkələr etirazını bildirdi. Yunanıstan bununla bağlı kəskin bəyanatlar vermişdi. Amma bu bəyanatların heç bir hüquqi əsası yoxdur. Çünki bu, Türkiyənin daxili işidir. Türkiyə sadəcə olaraq, belə məsələlərlə bağlı qərar vermək səlahiyyətini özündə saxlayır. Ola bilər ki, bu məsələ danışıqlarda qaldırılsın.

Əslində, bu təhdidlərin ardınca bəzi ölkələrin hansı addımlar atacağını proqnozlaşdırmaq çətindir. Çünki onların bu addımını nə ilə əsaslandıracağı məlum deyil. Unutmaq olmaz ki, Avropanın özündə, məsələn, Kardovada, Sevilya əyalətində orta əsrlərə aid, bəziləri YUNESKO tərəfindən mədəni irs kimi qəbul edilən məscidlər var. Həmin məscidlər kilsə kimi istifadə olunur. Bununla bağlı heç bir müsəlman ölkəsi etiraz bəyanatı verməyib. Hesab edirəm ki, “Aya-Sofya” ətrafında siyasi manipulyasiya qurulur.

Bu Türkiyənin fəal xarici xarici siyasət yürütməsi və Yaxın Şərqdəki mövqelərini möhkəmləndirməsi ilə əlaqədardır. Ona görə də süni ajiotaj qaldırmaqla Türkiyəyə təzyiq göstərməyə çalışırlar”.
Müşfiq Abdulla

Cebhe.info


Oxunma sayı: 14719