hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Ağ Evin ucuz neft planı iflasda

Ağ Evin ucuz neft planı iflasda

Qlobal bank neftin qiymətinə dair proqnozunu dəyişib. 

ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2019-cu il üzrə neftin qiyməti ilə bağlı proqnozunu dəyişib. Bank xəbər verir ki, bu il Brent markalı xam neftin bir barelinin orta qiyməti 66 dollar olacaq. “Goldman Sachs”ın əvvəlki proqnozu 62,5 dollar/barel idi. Bank Light markalı neftin bir barelinin builki qiymətinə dair proqnozunu isə 55,5 dollardan 59,5 dollara yüksəldib. 

“Goldman Sachs”a görə, ikinci rübdə Brent-in qiyməti 72,5 dollar/barel olacaq. 2020-ci ildə isə Brent neftinin bir barelinin orta qiyməti 60 dollar təşkil edəcək.

Göründüyü kimi, neft qiymətləri ilə bağlı ziddiyyətli proqnozlar verilir.Əksər gözləntilərin əksinə olaraq İrana qarşı sanksiyalardan sonra neftin qiymətində kəskin artım müşahidə edilmədi.Məlum olduğu kimi, artan neft qiymətləri ABŞ-da inflyasiya təzyiqini artırır.Bu durumda ABŞ enməkdə olan neft qiymətlərini alqışlayır.Analitiklər hesab edirdi ki, İrana qarşı sanksiyalardan sonra dünyada tələb-təklif arasında 3 milyon barelə qədər fərq yaranacaq, neftin dəyəri 100 dolları keçəcək.Sonra bu fərq üzrə proqnozlar 2 milyon barelə endi.Ekspertlər qeyd edirlər ki, hazırda neftin qiymət intervalı ilə bazara verilən mesajlar 50-60 dollar civarındadır.

Digər tərəfdən, ABŞ-ın Venesueladakı vəziyyəti daha da gərginləşdirməsi, bu ölkənin də neft ixracı imkanlarının aşağı düşməsinə səbəb olur.Həmçinin Rusiyaya neft hasilatı ilə bağlı yeni sanksiyaların tətbiq ediləcəyi də gözlənilir.Ekspertlərin qənaətincə, Liviyada vəziyyətin gərginləşməsi neft bazarında qiymətlərin artmasına əlavə bir stimul yaradır.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, neft bazarlarında vəziyyət mürəkkəb olaraq qalır: 

“Qlobal bazarda volenterlik yüksəkdir, qiymət dəyişikliyi hər an baş verir və hər ay böyük fərqlər müşahidə olunur. Əgər aprelin ilk ongünlüyündə qiymət 70 dollar ətrafında dəyişirdisə, ilin əvvəlində neftin qiyməti bundan 10 dollar aşağı idi.Qiymət dəyişməsi kifayət qədər yüksək diapazonda baş verir.Mart ayında bazara çox böyük pozitiv informasiya axını var idi. Qeyd edim ki, martın 18-də Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında 14 neft ölkəsi və OPEC Katibliyi təmsil olundular. Hələ bu görüşdən xeyli əvvəl neftin qiyməti 65-70 dollar diapazonunda bərqərar olmuşdu.Ancaq yanvar ayında Brend markalı xam neftin bir barelinin orta qiyməti 61 dollar idi, fevral ayında isə 62 dollar olmuşdu.Aprelin birinci ongünlüyündə neftin orta qiyməti 70 dollar ətrafındadır.Burada siyasi faktorlar daha böyük rol oynayır, nəinki iqtisadi faktorlar.Çünki Venesuelada siyasi gərginlik hökm sürür, eləcə də Liviyada hərbi münaqişə var. Bu səbəblər bazara neqativ təsir edir.

Bundan əlavə, İrana qarşı ABŞ-ın həmlələri mütəmadi olaraq davam edir.Trampın İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) xarici terror təşkilatı kimi elan etməsi, bir sutka ərzində neftin qiymətinin 72 dollara qədər artımına gətirib çıxardı.Çünki İran neftinin satışında sözügedən təşkilatın nəzarətində olan şirkətlər var. Bu cür hadisələrin baş verməsi qiymət volenterliyinin yüksək olmasına səbəb olur.Qiymətlər sıçrayışla artdığı kimi, sıçrayışla da enə bilir”.

İlin ikinci yarısında qiymət necə olcaq?

İlham Şaban hesab edir ki, Liviyada da, Venesuelada da siyasi sabitlik bərqərar ola bilər:

“Belə olan halda bazara daha çox neft həcmləri çıxarıla bilər. ABŞ-da hasilat durmadan artır.Nəticə etibarilə proqnozlar ona dəlalət edir ki, bazarlarda artan tələbat kifayət qədər ödəniləcək və neft 70-dollardan 60-65 dollar dəhlizinə qayıdacaq.Amerika bahalı neftin əleyhinə daim çıxışlar edir, bəyanatlar verir.Bu da bir sıra neft istehsal edən ölkələrlə ziddiyyət təşkil edir, o cümlədən Rusiya kimi dünyanın ikinci neft hasil edən ölkəsi ilə”.

Növbəti dönəmlərdə İran neftinə qoyulan məhdudiyyət qismən aradan qaldırıla bilərmi?

Analitik bunu gözləmədiyini deyib:

“İran qonşu ölkələrlə - Suriya, İraq və bir sıra ərəb ölkələrilə münasibətindən və bir sıra hərbi əməliyyatlardan geri çəkilməsə, öz əlaqələrinə yenidən baxmasa, təbii ki, ABŞ bu sanksiyaları ləğv etməyəcək. Belə olan halda neft ixracatına olan qadağalar da qalacaq.İranın bazara çıxara bilmədiyi neft həcmlərinin yeri boş qalmır, onun yeri tutulur və gələcəkdə də tutulmuş olaraq qalacaq”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 1820