hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Ağ Evin yeni sahibi kim olacaq: Tramp, yoxsa Bayden? – ŞƏRH

Ağ Evin yeni sahibi kim olacaq: Tramp, yoxsa Bayden? – ŞƏRH

ABŞ Prezidenti Donald Tramp prezident seçkisinin keçirilmə tarixinin dəyişdirilməsini tələb edib.

Bu barədə "Twetter" səhifəsində yazan Ağ Ev rəhbəri 2020-ci ildə poçt vasitəsi ilə səsvermə zamanı saxtakarlıq hallarının baş verə biləcəyini qeyd edib.

ABŞ-da 59-cu prezident seçkisi bu ilin noyabrın 3-də keçiriləcək. Donald Tramp pandemiyaya qarşı apardığı effektsiz mübarizə nəticəsində ABŞ bu bəladan əziyyət çəkən ölkələr arasında birinci yerdə durur.

Digər tərəfdən ölkədə irqi ayrı-seçkilik kontekstində baş verən aksiyalar və işsizlik problemi Trampın reytinqinə ciddi zərbə vurub.

Politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Donald Tramp seçkilərin keçirilmə vaxtını uzatmaqla ölkə rifahını yaxşılaşdırıb seçkiləri qazanmağa çalışır:

“ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri Tramp üçün ciddi mübarizədir. Çünki seçkilərdə Trampın məğlubiyyəti qaçılmazdır. Ötən il Tramp seçkilərdə öz qalibiyyətinə inanırdı və ölkə iqtisadiyyatını yüksəltmişdi. Digər dövlətlərlə “iqtisadi müharibə”də ABŞ yüksək dividentlər əldə etmişdi. Bu da Amerikanın qlobal müstəvidə mövqeyinin güclənməsinə səbəb olmuşdu. Amma pandemiya ortaya çıxdıqdan sonra ABŞ iqtisadiyyatına çox ciddi ziyan dəydi. Bir tərəfdən Tramp ətrafında qalmaqallar, digər tərəfdən Rusiyanın, prezident seçkilərində Ağ Ev rəhbərini dəstəkləmə ilə bağlı məsələlər Birləşmiş Ştatların prezidentinin mövqeyini zəiflətdi. Eyni zamanda Trampın Avropadan və digər regionlardan ABŞ əsgərlərini geri çəkməsi Amerikanın beynəlxalq müstəvidə mövqeyinin zəifləməsinə gətirib çıxarır. Tramp demək olar ki, koronavirusla da mübarizə aparmadı. Bu da ölkə iqtisadiyyatına ciddi zərbə ilə nəticələndi. İndi 3 ay ərzində Amerika iqtisadiyyatı heç cür düzələ bilməz. Eyni zamanda pandemiyanın nə vaxtadək davam edəcəyi də sual altındadır.

Trampın pandemiya ilə bağlı verdiyi mənasız açıqlamalar da Amerika cəmiyyətində ciddi xof yaradır. Bunlarla bərabər Amerikada qaradərilinin ağdərili polis tərəfindən öldürülməsi və irqçilik müstəvisində başlayan etirazlar da Trampın əleyhinə işlədi. Həqiqətən Tramp dini və irqi ayrı-seçkiliyi dəstəkləyən bir baxışa malikdir. Onun antisemitizm baxışları Amerika siyasətində arzuolunmaz bir gerçəklikdir. Bununla yanaşı Yahudi lobbisi Amerika prezidentinə bir qədər dəstək verir. Tramp görür ki, noyabrda uduzarsa, ona qarşı cinayət işi başladıla bilər. Eyni zamanda onun Rusiya ilə bağlı əlaqələri araşdırıla bilər. Yəni nayabrda Co Baydenin prezident seçilməsi Tramp üçün yaxşı heç nə vəd etmir. Hesab edirəm ki, Tramp bunu bildiyi üçün seçkilərin zamanını uzatmaq istəyir. Tramp istəyir ki, Amerika iqtisadiyyatı bir qədər dirçəldildən sonra seçkilər keçirilsin. Bununla da növbəti mərhələdə hakimiyyətdə qalmağa çalışır”.

Politoloq onu da əlavə edib ki, növbəti dəfə Trampın prezident seçilməsi çətin olacaq:

“Çünki Amerika Konqresi buna imkan verməz. Amma Amerika təkcə xalqın iradəsindən asılı bir dövlət deyil. Böyük institutlar, ayrı-ayrı hakimiyyət qolları Trampın bu təklifi ilə razılaşmayacaqlar. Baş verən bütün prosesləri nəzərə alaraq seçkilərdən Baydenin qələbə şansının daha çox olduğunu düşünürəm. Amma ABŞ-da seçkiləri təkcə vətəndaşların səsi həll etmir. 2015-ci il prezident seçkilərində daha çox səs Hillari Klintona verilsə də, xarici qüvvələrin təsiri ilə Tramp prezident elan edildi. Noyabrda da eyni proses baş verə bilər. Yəni vətəndaşlar Co Baydenə səs verə bilər. Lakin digər güclərin təsiri ilə Tramp seçilə bilər. Eyni zamanda Çin dövləti Trampın növbəti dəfə prezident seçilməsini qəti qəbul etmir. Çində kiberhücumlar daha çox inkişaf edib. Bu da müəyyən dövlətlərin siyasi sisteminə təsir edə bilər. Rusiyada da eyni sistem oturuşub və o, bundan öz rəqiblərinə qarşı istifadə edə bilər. Hesab edirəm ki, növbəti dəfə Trampın prezident seçilməsi çətin olacaq. Çünki bütün problemlərlə yanaşı Tramp Amerikanın oliqarx təbəqəsi ilə də ciddi münaqişəyə getdi”.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1343